Year: 2026

Rusiya, Ukrayna
Dünya Gündəm Hadisə

Rusiya Ukraynada “Avrora” şəbəkəsinin paylama mərkəzinə zərbə endirib

Rusiyanın hücumu nəticəsində Ukraynada “Avrora” mağazalar şəbəkəsinin paylama mərkəzi zədələnib. Əks-səda xəbər verir ki, bu barədə şirkətin “Instagram” sosial şəbəkəsindəki məlumatında deyilir. “Avrora”nın məlumatına görə, zərbə endirilərkən bütün əməkdaşlar sığınacaqda olub. “Hadisə yerində müvafiq xidmətlər işləyir. Hazırda dəyən ziyanın miqyasını qiymətləndiririk”, – məlumatda bildirilir. Şirkətdən qeyd ediblər ki, təsdiqlənmiş məlumatlar əldə edildikdən sonra əlavə məlumat veriləcək. […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bakıda M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakı metropoliteninin “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək. Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. “Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası” və “Nizami” stansiyaları istiqamətində sərnişin tələbatının […]

Rusiya, Ukrayna
Dünya Gündəm Hadisə

Ukrayna Samarada neft emalı zavodunu vurub

Ukrayna qüvvələri avqustun 22-nə keçən gecə Rusiya Federasiyasının Samara vilayətində yerləşən “Novokuybışevsk” neft emalı zavodunun (NEZ) obyektlərini vurub. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb. Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verib, dəymiş ziyanın miqyası dəqiqləşdirilir. “Novokuybışevsk” NEZ “Rosneft” SC-nin tərkibinə daxildir və Rusiyanın ən iri neft emalı […]

Almaniya
Dünya Gündəm

Almaniya təqribən 12 milyard avro dəyərində uzaqmənzilli silah almaq niyyətindədir

Almaniya təxminən 12 milyard avro tələb edə biləcək yeni uzaqmənzilli silah arsenalı yaratmağı planlaşdırır. Əks-səda xəbər verir ki, bu barədə “Welt” Almaniya Müdafiə Nazirliyinin daxili sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, raketlərin ilk tədarükü 2027-ci ildə gözlənilir. Proqram dörd istiqaməti nəzərdə tutur. Onların arasında azxərcli qanadlı raketlər (LCCM), Amerikanın “Tomahawk” raketləri, həmçinin Böyük Britaniya ilə birgə […]

Hadisə
Dünya Gündəm Hadisə

Liviyada silah anbarında güclü partlayış baş verib

Liviyanın şimal-qərbindəki Misurat şəhərində hərbi birləşmələrdən birinin silah anbarında güclü partlayış baş verib. Əks-səda xəbər verir ki, bu barədə yerli “Al-Wasat” portalı məlumat yayıb. Məlumata görə, raketlər və döyüş sursatları cənubdakı Əl-Giran rayonunda yerləşən anbarın ərazisi ətrafında müxtəlif istiqamətlərə səpələnib. Hazırda insidentin mümkün səbəbləri və zərərçəkənlər barədə məlumat yoxdur. Nəşrin mənbələrinin bildirdiyinə görə, anbar Misuratın “Əl-İsar” […]

Hadisə
Dünya Gündəm Hadisə

İsveçdə məktəbə edilən hücumda bir nəfər ölüb, üç nəfər yaralanıb

Faqersta bələdiyyəsində (Vestmanland vilayəti, Mərkəzi İsveç) yuxarı sinif şagirdləri üçün “Brinellskolan” gimnaziyasında maçete ilə hücum zamanı bir nəfər həlak olub, üç nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə məlumatı mətbuat konfransında polis nümayəndələri deyiblər. Həlak olan şəxsin cəsədi, eləcə də üç yaralı məktəb binasının girişində aşkar edilib. “Hazırda başqa cinayətkarların olduğunu düşünmək üçün heç bir […]

Zəlzələ
Dünya Gündəm Hadisə

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Hind okeanında, İndoneziyanın Yava adası sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri 125 mindən çox insanın yaşadığı Ranqkasbitunq şəhərindən 232 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Hava
Cəmiyyət Gündəm Ölkə

Bazar günü 40 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Əks-səda -ya verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz […]

Rusiya, Ukrayna
Dünya Gündəm Hadisə

Krasnodarda PUA hücumu nəticəsində iki uşaq ölüb

Rusiyanın Krasnodar diyarının Yeysk rayonunda pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində iki nəfər həlak olub, iki nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə regionun qubernatoru Veniamin Kondratyev məlumat verib. Onun sözlərinə görə, həlak olanlar uşaqlardır. Bundan başqa, PUA qalıqları liman ərazisindəki müəssisəyə düşüb. Orada başlayan yanğın söndürülür.

Daşkəsən, hadisə
Cəmiyyət Gündəm Hadisə Ölkə

Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb

Dünən yağan leysan yağışları nəticəsində Daşkəsən-Mollahəsənli avtomobil yoluna iri qaya parçaları və palçıq kütləsi tökülüb, yol bağlanıb. Əks-səda xəbər verir ki, nəticədə kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Hadisə ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə əraziyə baxış keçirib, mövcud vəziyyətin aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara müvafiq […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.