Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

Braziliyada avtobus uçuşa hazırlaşan təyyarəyə çırpılıb

GOL aviaşirkətinə məxsus təyyarə San-Paulu Beynəlxalq Hava Limanında avtobusla toqquşduqdan sonra zədələnib. Əks-səda xəbər verir ki, perronda manevr edən xidmət avtobusu təyyarənin sol qanadına çırpılıb. Təyyarə Paraqvaya uçuşa hazırlaşırdı. Toqquşmadan sonra aviaşirkət təyyarəni istismardan çıxarıb və onu başqa hava gəmisi ilə əvəz edib. Nəticədə reys təxminən bir saat gecikib. Hadisə zamanı xəsarət alan olmayıb.

İdman
Gündəm Idman Ölkə

UEFA Konfrans Liqası: “Qarabağ” Niderlandda “Tvente”ni məğlub edib

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Əks-səda xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda “Tvente”nin qonağı olub. Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0. Matçda yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub. Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika […]

Hava
Cəmiyyət Gündəm Ölkə

Kəlbəcərə dolu düşüb

Avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Əks-səda xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Şahdağda 18, Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöldə 5, Xınalıqda (Quba) 4, Ağdam, Qəbələdə 3, Qaxda 2, Goranboy, Gəncə, Naftalan, Xaltan, Tovuz, Zaqatala, Tərtər, […]

Qəza, hadisə
Gündəm Hadisə Ölkə

Salyanda avtomobil aşıb, ana ölüb, əkiz oğulları xəsarət alıb

Salyanda yol qəzası olub, ölən və yaralananlar var. Əks-səda xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Lənkərandan Bakı istiqamətində hərəkət edən “Hyundai Accent” markalı avtomobil idarə etmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə sürücü, 1987-ci il təvəllüdlü Əsədli Mahir Rüfət oğlu və onun əkiz qardaşı, 1987-ci il təvəllüdlü Əsədov Tahir […]

ABŞ, Qətər, silah
Dünya Gündəm Siyasət

ABŞ Qətərə 4,5 milyard dollarlıq hərbi texnika satacaq

ABŞ Dövlət Departamenti Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində Qətərə ümumi dəyəri 4,5 milyard dollar qiymətləndirilən hərbi texnikanın mümkün satışına razılıq verib. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yayılan açıqlamada bildirilib. Qeyd olunub ki, Qətər 4-dək KC-46A yanacaqdoldurma təyyarəsi, 8 ədəd PW4062 mühərriki, həmçinin elektron müharibə avadanlıqları, raket hücumu barədə xəbərdarlıq sistemləri və […]

Zimbabve, hadisə
Dünya Gündəm Hadisə

Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

Şimali Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97-yə çatıb. Əks-səda xəbər verir ki, bu barədə Zimbabve Milli Polis Xidməti “X” sosial şəbəkəsində məlumat yayıb. Hökumət nümayəndəsi Monika Mutsvanqvanın daha əvvəl bildirdiyinə görə, 90 nəfər üçün nəzərdə tutulan bərə avqustun 11-də Zambezi çayı üzərindəki Kariba su anbarında təxminən 180 nəfəri daşıyıb. Daha əvvəl 93 nəfərin öldüyü, 77 […]

Hadisə
Gündəm Hadisə Ölkə

Bərdədə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Bərdə rayonunda 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Əks-səda xəbər verir ki, hadisə rayonun Mollalı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsənov fərdi təsərrüfatında mal-qaranı yemləyən zaman tövlədə olan sərinkeşin naqilindəki açıq hissəyə toxunub və onu elektrik cərəyanı vurub. Nəticədə M. Həsənov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Konqo, ebola
Dünya Gündəm Sağlamlıq

Konqoda Eboladan ölənlərin sayı 2 476 nəfərə çatıb

Demokratik Konqo Respublikasında (DRK) Ebola qızdırmasından ölənlərin sayı 2 476 nəfərə çatıb. Əks-səda xəbər verir ki, bu barədə DRK Milli İctimai Səhiyyə İnstitutunun gündəlik hesabatında bildirilib. Məlumat Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) son məlumatları ilə də təsdiqlənir. Hesabata əsasən, təsdiqlənmiş yoluxma hallarının sayı 5 208-ə yüksəlib. “Son 24 saat ərzində 103 yeni yoluxma, […]

Zəlzələ
Dünya Gündəm Hadisə

Peruda güclü zəlzələ baş verib

Peruda 6,6 maqnitudalı zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Yeraltı təkanlar Perunun mərkəzi hissəsində, Ayakuço regionunun Parinaçokas əyalətindəki Korakora şəhərindən 50 kilometr şimal-şərqdə, 73 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat yoxdur. Qeyd: digər seysmoloji mənbələr bu gün baş […]

Hava
Cəmiyyət Gündəm Ölkə

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycanda avqustun 21-də havanın 36 dərəcə isti olacağı gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.