Kadi Borges UEFA Konfrans Liqasında rekorda imza atıb
“Qarabağ”ın futbolçusu Kadi Borges Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri olub. Əks-səda xəbər verir ki, braziliyalı yarımmüdafiəçi turnirdə 6-cı qolunu vurmaqla bu nəticəyə nail olub. O, turnirin pley-off mərhələsinin “Tvente” ilə Niderlanddakı görüşündə (1:0) fərqlənib. Bununla da K.Borges UEFA Konfrans Liqasında “Qarabağ”ın heyətində keçirdiyi 17 matçda 6-cı qolunu vurub. Onun əvvəlki 5 qolu 2021/2022 […]











