Year: 2026

ABŞ, qəza
Dünya Gündəm Hadisə

ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var

Mərkəzi Pensilvaniyada (ABŞ) kiçik təyyarə və ştat polisinin helikopterinin toqquşması nəticəsində bir nəfər həlak olub, iki polis əməkdaşı yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə ABŞ mediası Federal Mülki Aviasiya İdarəsinə (FAA) istinadən məlumat yayıb. “Bu gün Karlayl hava limanında “Cessna 150H” təyyarəsi Pensilvaniya ştatı polisinin “Bell 407GX” helikopteri ilə toqquşub. Helikopter planlı təlim əməliyyatı həyata keçirirdi […]

Şimali Koreya, Yaponiya
Dünya Gündəm Hadisə

Şimali Koreya Yaponiya istiqamətində 10-a yaxın ballistik raket buraxıb

Şimali Koreya Yapon dənizi istiqamətində 10-a yaxın qısamənzilli ballistik raket buraxıb. Əks-səda xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb. “Hakimiyyət orqanları mümkün əlavə buraxılışlarla bağlı müşahidəni və sayıqlığı gücləndirib, həmçinin tam döyüş hazırlığını qoruyub saxlayaraq Birləşmiş Ştatlar və Yaponiya ilə müvafiq məlumatları sıx şəkildə mübadilə edirlər”, – […]

Rusiya, Kuban, PUA
Dünya Gündəm Hadisə

Kubanda müəssisəyə PUA-nın düşməsi nəticəsində yanğın baş verib

Kubanda, Temryuk rayonunun Volna qəsəbəsindəki müəssisənin ərazisinə pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. Əks-səda xəbər verir ki, bu barədə Rusiya mediası Krasnodar diyarının operativ qərargahına istinadən məlumat yayıb. “PUA qalıqları Krasnodar diyarının bir neçə bələdiyyəsinə düşüb. Temryuk rayonunun Volna qəsəbəsində müəssisənin ərazisində yanğın baş verib və operativ şəkildə söndürülüb”, – məlumatda bildirilib. […]

Azərbaycan, Ermənistan, sülh
Gündəm Siyasət

Ermənistan yaxın 5 ildə Azərbaycanla sülhü rəsmiləşdirməyə hazırlaşır

Ermənistan hökuməti Azərbaycanla sülhü rəsmiləşdirməyə, Türkiyə ilə münasibətləri nizama salmağa, Avropa İttifaqı, ABŞ, İran, Gürcüstanla strateji əlaqələri və Rusiya ilə çoxşaxəli əlaqələri inkişaf etdirməyə hazırlaşır. Əks-səda Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyanın hökumətin iclasında təqdim etdiyi Ermənistan hökumətinin 2026-2031-ci illər üçün proqramında qeyd olunub. Xarici siyasət hissəsində qeyd olunub ki, […]

İdman
Gündəm Idman Ölkə

Sentyabrda taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək

Sentyabrın 21–24-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda taekvondo üzrə uşaqlar, həmçinin 16–21 yaşlılar arasında Azərbaycan çempionatı təşkil olunacaq. Əks-səda Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 4 gün davam edəcək yarışda müxtəlif şəhər və rayonların idman klubları və cəmiyyətlərinin təmsilçiləri mübarizə aparacaqlar. Uşaqlar arasında ölkə birinciliyində 2015–2017-ci il, 16–21 yaşlılar arasında isə 2005–2009-cu il […]

Hadisə
Dünya Gündəm Hadisə

Rumıniyanın “F-16” qırıcısı Konstansa sahillərində dəniz dronunu vurub

Rumıniyanın “F-16” qırıcı təyyarəsi Konstansa sahillərində dəniz dronunu vurub. Əks-səda xəbər verir ki, bu barədə Rumıniya mediası ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Qeyd olunub ki, dənizdə dreyf edən dronun olması barədə ticarət gəmisi məlumat verib. Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki “F-16” təyyarəsi təcili olaraq Konstansadan təxminən 80 dəniz mili şərqdə kiçik dəniz […]

Türkiyə, dron, ASELSAN
Dünya Gündəm Maraqlı Texnologiya

Türkiyənin “TUFAN” kamikadze dəniz dronu ilk dəfə suya endirilib

Türkiyənin dəniz döyüşlərində yeni nəsil zərbəedici qüvvə kimi hazırlanan “TUFAN” adlı pilotsuz kamikadze dəniz aparatı ilk dəfə suya endirilib. Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ASELSAN şirkətinin məlumatında qeyd olunub. Bildirilib ki, “TUFAN” pilotsuz kamikadze dəniz dronu TEKNOFEST festivalı çərçivəsində nümayiş olunur. Qeyd edək ki, “TUFAN” su səthində hərəkət edən kamikadze dəniz dronudur. […]

Əziz Əliyev
Elm Manşet Ölkə

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyi qeyd ediləcək. Əks-səda xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Səhiyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Qeyd edək ki, 2027-ci […]

Ben Qurion, tətil
Dünya Gündəm Hadisə

Ben-Qurion aeroportunun işçiləri tətil edirlər

Ben-Qurion hava limanının əməkdaşları tətil ediblər. Əks-səda xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Məlumata görə, bu da hava limanının bağlanmasına və onlarla reysin təxirə salınmasına səbəb ola bilər. Pilotlara və aviaşirkətlərə hava limanının Bakı vaxtı ilə saat 15:00-da bağlanacağı barədə məlumat verilib. Bir təyyarə artıq havada geri dönməyə məcbur olub, daha […]

Hadisə
Dünya Gündəm Hadisə

Silahlı şəxslər Ədən körfəzində tankeri ələ keçiriblər

Altı silahlı şəxs Yəmən sahilləri yaxınlığında, Ədən körfəzində tankeri ələ keçirib və gəmini Somali istiqamətinə yönləndirib. Əks-səda xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) “X” sosial şəbəkəsindəki məlumatında bildirilib. Qurumun məlumatına görə, hadisə Əl-Mükəllad yaxınlığında baş verib. Ədən körfəzi ilə qərbə doğru hərəkət edən tanker icazəsiz gəminin yaxınlaşdığını […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.