Year: 2026

Cəmiyyət Gündəm Ölkə

Bakıda yeni park salınır

Bakı şəhərində Nəsimi rayonu 28 May küçəsində “The Ritz-Carlton Baku” hotelinə qədər olan və daha əvvəllər Vaqon təmiri müəssisəsinin yerləşdiyi ərazidə yeni park salınır. Əks-səda xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mərbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, park üçün layihələndirilən torpaq sahəsi 10 ha-ya yaxın sahəni əhatə edir. Bildirilib ki, xarici və […]

Cəmiyyət Gündəm Ölkə

Bakıda 95 küçə və prospektdə təmir başa çatıb

Bakıda həyata keçirilən genişmiqyaslı yol təmiri proqramı çərçivəsində indiyədək 95 küçə və prospektdə işlər tam yekunlaşıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmiri başa çatdırılmış yolların ümumi uzunluğu 48,7 kilometr təşkil edir. Bakı şəhərində ümumilikdə 110 küçə və prospekti əhatə edən genişmiqyaslı təmir proqramı icra olunur. […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi Siyasət

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib. Əks-səda xəbər verir ki, ICESCO-nun Baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevin Forumda çıxışının böyük maraq doğurduğunu vurğuladı. O, xüsusilə […]

Dünya Gündəm Hadisə KriminaI

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Türkiyənin İstanbul bölgəsinin Bakıköy bələdiyyəsində mal və xidmət alışı zamanı qanun pozuntularına yol verməkdə və iş yeri lisenziyası zamanı sahibkarlardan rüşvət tələb etdikləri iddialarına görə aparılan istintaq çərçivəsində aralarında bələdiyyə sədr müavinləri və məclis üzvlərinin də olduğu 68 şübhəli barəsində həbs qərarı qəbul olunub. Əks-səda xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Bildirilib ki, Bakıköy rayon […]

Cəmiyyət Gündəm Ölkə

“Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət bərpa olunub

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət sınaq məqsədi ilə bərpa olunub. Əks-səda xəbər verir ki, bununla da “Həzi Aslanov”-“Əhmədli” sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. Xatırladaq ki, “Həzi Aslanov” metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 2024-cü il noyabrın 30-dan Bakı metrosunun “Qırmızı” və “Yaşıl” xətlərində qatarların hərəkət sxemi dəyişdirilib. […]

Dünya Gündəm Siyasət

ABŞ HDQ İran yaxınlığında döyüş qruplaşmalarını sayını artırıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) İran yaxınlığında yerləşən döyüş qruplaşmalarının sayını bir həftə ərzində 17-dən 21-ə qədər artıb. Əks-səda “İnterfaks”a istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidmətinin məlumatları göstərir. Hazırda İranın cənub-şərqindəki Ərəbistan dənizində, “USS George Vaşinqton” və “USS George Bush” aviadaşıyıcılarının rəhbərlik etdiyi iki Amerika daşıyıcı zərbə qrupu döyüş növbətçiliyindədir. Hər […]

Dünya Gündəm Siyasət

Almaniya xüsusi təyinatlı qüvvələrini Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlayır

Almaniya Silahlı Qüvvələrinin elit xüsusi təyinatlı qüvvələr bölməsi olan KSK Rusiya ilə mümkün hərbi münaqişəni gözləyərək təlim proqramını dəyişdirir. Əks-səda xəbər verir ki, bölmənin komandiri, briqada generalı Andreas Küne bu barədə yerli “Bild” qəzetinə bildirib. Onun sözlərinə görə, Rusiya xüsusi təyinatlı qüvvələrin təliminin əsas hədəfinə çevrilib. Əvvəllər əməliyyatlar təxminən üç gün planlaşdırılırdı, lakin indi qoşunlar bazaya […]

Dünya Gündəm Hadisə KriminaI

Türkiyədə əxlaqsızlığın təbliği əleyhinə keçirilən əməliyyat zamanı onlarla insan saxlanılıb

Türkiyənin paytaxtı Ankarada və 7 vilayətdə keçirilən əməliyyat zamanı əxlaqsızlıq və fahişəliyə təhrik edən məzmun paylaşdıqlarına görə onlarla insan saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Ankara Baş Prokurorluğu, Ankara Vilayət Polis İdarəsinin İctimai Asayiş Şöbəsi tərəfindən aparılan istintaq çərçivəsində 7 vilayətdə keçirilən əməliyyatlar zamanı internetdə və sosial şəbəkələrdə əxlaqsızlığa və fahişəliyə […]

Dünya Gündəm Hadisə Siyasət

Suriya İordaniya ilə sərhəddə keçid məntəqəsini bağlayıb

Suriyanın Sərhəd və Gömrük Baş İdarəsi İordaniya ilə sərhəddəki “Nasib” nəzarət-keçid məntəqəsindən sərnişin və yük daşımalarını dayandırıb. Əks-səda xəbər verir ki, idarə bu barədə “X” sosial şəbəkəsində açıqlamasında bildirib. “Deraa əyalətindəki vəziyyətlə əlaqədar olaraq sərhəd keçid məntəqəsinin müvəqqəti bağlandığını elan edirik. Səyahətçilərin və sərhəd rəsmilərinin təhlükəsizliyini təmin etmək üçün hər iki istiqamətdə sərnişin və kommersiya daşımaları […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.