Year: 2026

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi Siyasət

Prezident İlham Əliyev İƏT ölkələri korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına müraciət ünvanlayıb. Əks-səda xəbər verir ki, mətni Baş prokuror Kamran Əliyev oxuyub. Müraciətdə deyilir: “Sizi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli iclasında salamlayıram. Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına, […]

Dünya Gündəm Siyasət

Fransa Rumıniyanın müraciəti ilə Qara dəniz üzərində kəşfiyyat uçuşları həyata keçirəcək

Fransa Rumıniyanın müraciəti əsasında Qara dənizin qərb hissəsində müşahidə aparmaq və kritik infrastrukturu qorumaq məqsədilə “Atlantique 2” dəniz kəşfiyyat təyyarəsini göndərib. Əks-səda xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə ölkənin cənub-şərqində yerləşən Mixail Koqelniçanu adına 57-ci aviabazada yerləşdirilib. Kəşfiyyat uçuşları oktyabrın 18-dən noyabrın […]

Dünya Gündəm Siyasət

Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib

ABŞ Prezidenti Donald Tramp Venesuelanın ölkənin 51-ci ştatı kimi ABŞ-yə daxil edilməsini və orada prezident əvəzinə qubernator seçkilərinin keçirilməsini təklif edib. Əks-səda xəbər verir ki, Amerika lideri bu barədə Texas ştatının Korpus-Kristi şəhərində keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı bildirib. “Venesuelaya təşəkkür etmək istəyirəm. Münasibətlərimiz çox yaxşı, möhtəşəm olub”, – Tramp deyib. Onun sözlərinə görə, Venesuelanı firavan […]

Dünya Gündəm Hadisə

Haitidə daşqın nəticəsində azı 4 nəfər ölüb

Güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində Haiti və Dominikan Respublikasında onlarla yaşayış məntəqəsinin xarici aləmlə əlaqəsi kəsilib. Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Haitinin Mülki Müdafiə İdarəsinin məlumatına görə, ölkənin cənub-qərb bölgəsində təbii fəlakət nəticəsində azı 4 nəfər ölüb, daha 2 nəfər itkin düşüb. Daşqınlar […]

Dünya Gündəm Hadisə

ABŞ hərbçiləri narkotik daşıyan gəmiyə zərbə endirib, 5 nəfər ölüb

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində narkotiklərin daşınması üçün istifadə edilən gəmiyə zərbə endirib, nəticədə 5 nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb. “Qərb yarımkürəsində Birgə Əməliyyat Qrupu Sakit okeanın şərq hissəsində narkotiklərin qanunsuz dövriyyəsi üçün adətən istifadə olunan marşrutla hərəkət edən sürətli qayığa ölümcül […]

Cəmiyyət Manşet Ölkə

Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. Əks-səda xatırladır ki, 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini “Smerç” raketləri ilə atəşə tutub. Ermənistanın beynəlxalq […]

Dünya Gündəm Hadisə

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

Rusiya ordusu oktyabrın 27-də Ukrayna paytaxtı Kiyevə ballistik raket zərbələri endirib. Əks-səda xəbər verir ki, gecədən səhərə qədər baş tutan hücumda Kiyevə 20-dən çox zərbə endirilib. Zərbələr nəticəsində əsasən Kiyevin Dnepr çayının sol sahilində yerləşən rayonları ciddi zərər görüb. Darnitski rayonu ərazisində tələbə yataqxanası, xəstəxana və yaşayış evləri ziyan çəkib. Tələbələr arasında ölən və yaralananlar var. […]

Gündəm KriminaI Ölkə

Siyəzəndə qadının qohumu tərəfindən borca görə öldürdüyü məlum olub

Siyəzən rayonunda Siyəzən şəhər sakini, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyeva yaşadığı evdə boğularaq öldürülüb. Xüsusilə ağır cinayətin üstü isti izlərlə açılıb. Əks-səda xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, oktyabrın 26-da Siyəzən rayon sakini 1982-ci il təvəllüdlü Ağamalıyeva Xəyalə Muradağa qızının meyitinin aşkar olunması barədə məlumat daxil olub. Həyata keçirilmiş tədbirlərlə […]

Dünya Gündəm Siyasət

Tokayev Türkiyəyə səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə oktyabrın 28-30-da Türkiyəyə rəsmi səfər edəcək. Əks-səda xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Aybek Smadiyarov sosial şəbəkələrdə bildirib. Səfər zamanı Ankarada genişləndirilmiş strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş dövlət başçılarının danışıqları keçiriləcək. Prezident həmçinin Türk Dövlətləri Təşkilatının 13-cü Sammitində iştirak edəcək.

Cəmiyyət Gündəm Ölkə

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 27-də Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi ilə görüşüb. Əks-səda xəbər verir ki, qonaq Bakının möhtəşəm memarlığı və Zəfər muzeyi ilə bağlı təəssüratlarını bölüşüb. Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında mövcud səmərəli əməkdaşlığın səviyyəsi müsbət dəyərləndirilib. Həmçinin ölkəmizdə turizm sektorunun inkişafına dövlət səviyyəsində göstərilən […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.