Year: 2026

Manşet Ölkə Rəsmi

Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib

Azərbaycan Prezidenti İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib. Əks-səda xəbər verir ki, bu barədə dövlət başçısı “X” hesabında qeyd edib. Paylaşımda bildirilib ki, vəsiqə Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüş zamanı həmin ölkənin Azərbaycandakı səfiri tərəfindən təqdim edilib.

Gündəm Hadisə Ölkə

Abşeronda karxanada kişi ayağının qurğuda qalması nəticəsində ölüb

Abşeronda karxanada kişi ayağının qurğuda qalması nəticəsində ölüb. Əks-səda xəbər verir ki, Daş Güzdək qəsəbəsində Cəlilabad rayon sakini 1961-ci il təvəllüdlü Rabil Əsgər oğlu Zərbəliyevin işlədiyi karxanada ehtiyatsızlıqdan ayağı qurğuda ilişərək xəsarət alıb. Kişi xəstəxanaya aparılarkən yolda ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Gündəm Idman Ölkə

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 3 boksçusu 1/4 finala yüksəlib. Əks-səda Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq) və Şahin Aslanov (65 kq) bu mərhələyə vəsiqə qazanıblar. N.Qasımov ikinci döyüşündə çexiyalı Doryan Kropoqa üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, 1/4 finalda ingiltərəli […]

Gündəm Hadisə Ölkə

İmişlidə təkər sexində yük avtomobilinin hava balonu partlayıb, iki nəfər xəsarət alıb

İmişlidə “Man” markalı yük avtomobilinin təkərinə hava vurulan zaman hava balonunun partlaması nəticəsində iki nəfər ağır xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə rayonun Məzrəli kəndində yerləşən təkər təmir sexində qeydə alınıb. Sexdə “Man” markalı yük avtomobilinin pnevmatik hava balonuna hava vurularkən balon partlayıb. Nəticədə Səxavət Məmmədov və Nurlan Fətəliyev ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı […]

Cəmiyyət Gündəm Ölkə

Azərbaycanda sabah 36 dərəcə isti olacaq

Azərbaycanda avqustun 18-də havanın 36 dərəcə isti olacağı gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50 […]

Gündəm Idman Ölkə

UEFA Konfrans Liqası: “Tvente” ilə səfər oyunu üçün “Qarabağ” azarkeşlərinə 1500 yer ayrılıb

UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Tvente” (Niderland) ilə səfər oyunu üçün “Qarabağ” azarkeşlərinə 1500 yer ayrılıb. Əks-səda Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, matçın vauçerləri bu gün, saat 17:00-dan etibarən satışa çıxarılacaq. Vauçerləri “İticket.az” saytından onlayn şəkildə əldə etmək mümkündür. Biletlərin qiyməti 45 manat təşkil edir. Vauçerlər əldə olunduqdan sonra biletlər oyun gününədək alıcının […]

Gündəm KriminaI Ölkə

Bu ilin 7 ayı ərzində 187 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb

Azərbaycanda cari ilin yanvar-iyul ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 6 ton 223 kq 519,057 qram narkotik vasitə və psixotrop maddələrin ümumilikdə dəyəri 187 milyon 200 min AZN kimi qiymətləndirilir. Əks-səda xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu məlumat yayıb. Belə ki, 2025-ci ilin yanvar-iyul ayı ilə müqayisədə […]

Cəmiyyət Gündəm Ölkə Sosial

Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib

Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib. Əks-səda xəbər verir ki, meydan paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Taras Şevçenkonun abidəsinin yerləşdiyi ərazidir. Qeyd edək ki, abidə 2008-ci ildə açılıb. Mərasimdə Azərbaycanın Prezidenti İlham Əliyev və Ukraynanın o zamankı prezidenti Viktor Yuşenko iştirak edib. Ukraynalı heykəltaraş İqor […]

Dünya Gündəm Idman

“Real”ın hücumçusu Hakobo Orteqa Fransanın “Strasbur” klubuna keçib

Madrid “Real”ının hücumçusu Hakobo Orteqa Fransanın “Strasbur” klubuna keçib. Əks-səda xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. “Transfermarkt” portalı sövdələşməni 10 milyon avro dəyərində qiymətləndirib. İspaniya mediası qeyd edir ki, bu, əsas komandada oyun keçirməyən “Real”ın öz yetirməsinin rekord satışıdır. Hakobo Orteqa ötən mövsüm Madrid təmsilçisinin ikinci komandasında keçirdiyi 18 […]

Dünya Gündəm Siyasət

İran Fransa səfirliyinin iki əməkdaşını ölkəyə buraxmayacaq

İran ötən ay diplomatik mübahisənin mərkəzində yer alan Fransa səfirliyinin iki əməkdaşının ölkəyə qayıtmasını qadağan edib. Əks-səda “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. Onun sözlərinə görə, həmin əməkdaşlar İran vətəndaş cəmiyyətinə dəstək fəaliyyəti ilə məşğul olaraq Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasını pozublar. “Bu […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.