Year: 2026

Dünya Gündəm Siyasət

Fələstin Prezidenti Türkiyəyə səfərə gəlib

Fələstin Prezidenti Mahmud Abbas iki günlük rəsmi səfər çərçivəsində Türkiyənin paytaxtı Ankaraya gəlib. Əks-səda xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində M.Abbasın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır. Görüş zamanı Fələstin və regionda baş verən son proseslərin, eləcə də Türkiyə ilə Fələstin arasında ikitərəfli münasibətlərin müzakirə olunacağı gözlənilir.

Cəmiyyət Gündəm Ölkə

Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Binəqədi və Sabunçu rayonlarında iki küçədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar avqustun 12-də saat 08:00-dan Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinin bir hissəsində, saat 11:00-dan isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin bir […]

Cəmiyyət Gündəm Ölkə

“Dərnəgül” elektrik deposu tarixində ilk qatarı qəbul edib

İnşaat işlərinin ikinci mərhələsi yekunlaşan “Dərnəgül” elektrik deposu tarixində ilk qatarı qəbul edib. Əks-səda xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, deponun qismən istismara verilməsi üçün sınaq qatarının hərəkəti uğurla tamamlanıb, depo yolları bütün lazımi texniki parametrlər üzrə yoxlanılıb. Yeni depoda Yaşıl xətdə hərəkət edəcək qatarların təmir-baxışı, qulluğu, gecələməsi və digər […]

Manşet Ölkə Rəsmi

Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoyub

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər. Əks-səda xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma Naxçıvan Sənaye Parkı barədə məlumat verdi. Bildirildi ki, bu sənaye parkı Azərbaycan Prezidentinin 2024-cü ildə imzaladığı Fərmanla yaradılıb. Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili məqsədilə […]

Gündəm Hadisə Ölkə

Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib

Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb […]

Manşet Ölkə Rəsmi

Prezident İlham Əliyev Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Əks-səda xəbər verir ki, dövlət başçısı və birinci xanım abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Dünya Gündəm Hadisə

Pakistanda nəqliyyat vasitəsi kanala düşüb, ölənlər var

Pakistanın Pəncab əyalətinin Kot-Addu şəhərində rikşanın (üçtəkərli nəqliyyat vasitəsi) kanala düşməsi nəticəsində ölənlər var. Əks-səda xəbər verir ki, ölənlər arasında yetkinlik yaşına çatmayan 6 nəfər var. 6 nəfər isə xilas edilib. Qeyd olunub ki, qəza anında içərisində 24 nəfərin olduğu rikşa avqustun 10-da Müzəffərqarh kanalına düşüb. Sərnişinlər qonşu kənddəki toy mərasimindən qayıdırdılar. Axtarış-xilasetmə əməliyyatı davam edir. […]

Cəmiyyət Gündəm Hadisə Ölkə

İçərişəhərdə tarixi binanın divarının yazılması məsələsi polis nəzarətinə götürülüb

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarixi binanın üzərinin yazılmasına münasibət bildirib. Əks-səda İdarəyə istinadən xəbər verir ki, dünyanın müxtəlif şəhərlərində bu kimi hallara rast gəlinir. “Yazıların olduğu səth istənilən vaxt təmizlənə və yenidən rənglənə bilən hissədir və bu yazılar tarixi irsə fiziki zərər vurmur. Dünyanın müxtəlif şəhərlərində bu kimi hallar müşahidə olunur. Bu baxımdan, müəyyən edilmiş […]

Dünya Gündəm Hadisə

Misirdə yol qəzasında 15 nəfər ölüb, 32 nəfər yaralanıb

Misirin şimal-şərqindəki İsmailiyyə əyalətində fəhlələri daşıyan pikapın aşması nəticəsində azı 15 nəfər ölüb və 32 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyiə istinadən “Xinhua” agentliyi məlumat yayıb. Hazırda yaralananların sayı barədə məlumatların yoxlanılması və onların sağlamlıq vəziyyətinin izlənilməsi üzrə işlər davam etdirilir. Nazirliyin böhran və təcili hallar üzrə əməliyyat qərargahı yerli səhiyyə […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.