Year: 2026

Dünya Gündəm Idman

Lukaku “Fənərbağça”ya keçməyə razılıq verib

“Napoli”nin hücumçusu Romelu Lukaku “Fənərbağça”ya keçməyə razılıq verib. Əks-səda xəbər verir ki, bu barədə insayder Matteo Moretto X sosial şəbəkəsində məlumat yayıb. Mənbənin məlumatına görə, 33 yaşlı belçikalı futbolçu ilə Türkiyə klubu mümkün transferin şərtləri barədə tam razılığa gəlib. İndi “Fənərbağça” “Napoli” ilə danışıqlar aparır. Türkiyə klubu hücumçu üçün artıq təxminən 6 milyon avro məbləğində ilk […]

Dünya Gündəm İQTİSADİYYAT

Finlandiya və İsveç 40 ildən sonra dəmir yolu əlaqəsini bərpa edir

Finlandiya və İsveç 38 ildən sonra ilk dəfə sərnişin dəmir yolu əlaqəsini bərpa edəcək. Əks-səda xəbər verir ki, bu barədə Finlandiyanın Yle telekanalı məlumat yayıb. Bazar ertəsindən etibarən Finlandiyanın Oulu şəhəri ilə İsveçin Haparanda şəhəri arasında qatarlar gündə iki dəfə hərəkət edəcək. Səfərin müddəti təxminən 1 saat 40 dəqiqə təşkil edəcək. Finlandiyadan İsveçə sərnişin qatarlarının hərəkəti […]

Dünya Gündəm Texnologiya

İlon Mask Texasda dünyanın ən böyük çip zavodunu quracaq

İlon Mask “SpaceX”in planlarına əsasən, dünyanın ən böyük çip istehsalı müəssisəsi olacaq Texasdakı gələcək Terafab zavodunun layihəsini təqdim edib. Əks-səda xəbər verir ki, Mask bu barədə X sosial şəbəkəsində məlumat yayıb. “Texasdakı Terafab Yer kürəsinin ən böyük və ən dəyərli binası olacaq”, – Mask zavodun layihəsini əks etdirən videonu paylaşaraq yazıb. “SpaceX”in saytında verilən məlumata görə, […]

Cəmiyyət Dünya Gündəm

Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb

Fransanın Avropa hissəsindəki 96 departamentdən 67-də quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb. Əks-səda xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Ölkənin qərbindəki Vandeya, Şaranta, Dənizkənarı Şaranta və şərqindəki Kot-d’Or departamentlərində vəziyyət daha ağırdır. Telekanalın məlumatına görə, Fransadakı kiçik çay və dərələrin 43 faizi artıq quruyub və ya qurumaq təhlükəsi ilə üz-üzədir. Bu isə görünməmiş göstəricidir. […]

Gündəm Hadisə Ölkə

Cəlilabadda transformator partlayıb, yanğın baş verib

Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən elektrik transformatorunda qəfil partlayış olub. Əks-səda xəbər verir ki, hadisə nəticəsində elektrik avadanlığında və ətraf ərazidə yanğın baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Hadisə nəticəsində ətraf ərazilər işıqsız qalıb, xəsarət alan olmayıb. Qəzanın başvermə […]

Dünya Gündəm Hadisə

Kanadada meşə yanğınları səbəbindən insanlar helikopterlərlə təxliyə edilir

Kanadanın qərbində baş verən genişmiqyaslı meşə yanğınları səbəbindən ən təhlükəli ərazilərdən 22 min nəfər təxliyə edilib. Əks-səda xəbər verir ki, bu barədə Kanada KİV xəbər yayıb. Belə ki, 10 min hektardan çox ərazini əhatə edən yanğınlarla əlaqədar Britaniya Kolumbiyası əyalətində fövqəladə vəziyyət elan edilib. Hazırda əyalətdə 105 yanğın ocağı aktivdir. Sakinlərin təxliyəsi üçün helikopterlərdən istifadə olunur.

Cəmiyyət Gündəm Ölkə

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Əks-səda Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, avqustun 10-da mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.

Dünya Gündəm Hadisə

İstanbulda bina uçub, sakinlər yaşayış evini tərk ediblər

İstanbulun Güngören rayonunda 5 mərtəbəli binanın birinci mərtəbəsi naməlum səbəbdən qismən uçub. Əks-səda Türkiyə KİV-ə istinadən xəbər verir ki, dağıntıdan sonra sakinlər öz imkanları ilə binanı tərk ediblər. Hadisə yerinə yanğınsöndürənlər, polis, təcili tibbi yardım və bələdiyyə əməkdaşları cəlb olunub. Aparılan yoxlamalardan sonra bina təhlükəsizlik məqsədilə boşaldılıb və möhürlənib. Binanın ətrafına təhlükəsizlik baryerləri yerləşdirilib.

Dünya Gündəm Hadisə

Çin “Dolfin”qasırğasının yaxınlaşması səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edib

Çin güclü “Dolfin” qasırğasının ölkənin şərq sahillərinə yaxınlaşması ilə əlaqədar meteoroloji təhlükənin ən yüksək, qırmızı səviyyəsini elan edib. Əks-səda “China Daily”yə istinadən xəbər verir ki, bazar günü axşam və ya bazar ertəsi gecəsi “Dolfin”in Çjezyan əyalətindəki Çouşan şəhəri ilə Fuszyan əyalətindəki Fudin şəhəri arasındakı sahilə çıxacağı proqnozlaşdırılır. Qasırğa quruya çıxdıqda küləyin sürəti 38-45 m/s-ə çata bilər, […]

Dünya Gündəm Hadisə

Türkiyədə baş verən qəzada üç nəfər ölüb

Türkiyənin Şimali Marmara magistral avtomobil yolunda ölümlə nəticələnən ağır qəza baş verib. Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, hadisə magistralın Kocaeli vilayətindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, idarəetmədən çıxan minik avtomobili tunelin divarlarına çırpılıb. Nəticədə avtomobildə olan dörd nəfərdən üçü ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.