Year: 2026

Dünya Gündəm Hadisə

Fransada isti və quraqlıq səbəbindən Luara çayı dayazlaşıb

Fransada Luara çayında suyun səviyyəsi kritik dərəcədə aşağı səviyyəyə çatıb. Əks-səda xəbər verir ki, isti və quraqlıq səbəbindən çay yatağı gündən-günə daha çox üzə çıxır. Luara sahilində yerləşən Luaroksans şəhərinin meri Jan-Pol Yuenin sözlərinə görə, suyun hazırkı səviyyəsi ilə regionda tarixi daşqının qeydə alındığı fevral ayındakı göstərici arasındakı fərq 8-9 metr təşkil edir. O həmçinin yaxın […]

Dünya Gündəm Hadisə

Türkiyədə su xətti tunelində uçqun olub – 1 ölü, 1 yaralı var

Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda içməli su layihəsinin tunel xəttində uçqun olub. Əks-səda xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. İlkin məlumata görə, uçqunun altında qalan 5 işçidən 1-i həyatını itirib, 1-i isə yaralanıb. Əraziyə tibbi briqada və polis əməkdaşları cəlb olunub. yaralılar xəstəxanaya çatdırılıb. Adana Valisi Mustafa Yavuz uçqunun “Yedigöze İçməli Su Layihəsi”ndəki 2 […]

Dünya Gündəm Idman

Lionel Messinin atası vəfat edib

Argentina millisinin kapitanı və dünya çempionu Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib. Əks-səda xəbər verir ki, bu barədə “Infobae” məlumat yayıb. Məlumata görə, Xorxe Messi uzun sürən xəstəlikdən sonra Rosario şəhərindəki klinikalardan birində dünyasını dəyişib. Xorxe Messi Lionel Messinin atası olmaqla yanaşı, onun peşəkar futbolçu kimi formalaşmasında mühüm rol oynayıb. Xorxe oğlunun “Nyuells Old […]

Gündəm KriminaI Ölkə

Bakıda taksidən pul və bank kartları oğurlayan şəxs saxlanılıb

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən birinin avtomobilindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Ə.Tağıyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, […]

Dünya Gündəm Hadisə

Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

Ukraynanın Kirovoqrad vilayətində döyüş tapşırığını yerinə yetirərkən hərbi helikopterin qəzaya uğraması nəticəsidnə helikopter bölüyünün bort aviasiya texniki ölüb. Əks-səda xəbər verir ki, bu barədə “UNİAN” Smela şəhər şurasına istinadən məlumat yayıb. “Yaroslav Demçevski döyüş uçuş tapşırığını yerinə yetirərkən helikopterin qəzaya uğraması nəticəsində həlak olub. O, sonadək Ukrayna səmasını müdafiə etdi” – deyə məlumatda bildirilir.

Dünya Gündəm Hadisə

Rusiyada 5,3 bal gücündə zəlzələ baş verib

Rusiyanın Saxalin vilayətində 5,3 bal gücündə zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin filialı məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 99 kilometr cənub-şərqdə, 29 kilometr dərinlikdə yerləşib. Bildirilir ki, yeraltı təkanlar Severo-Kurilskdə 3 bala qədər hiss oluna bilərdi.

Gündəm Hadisə Ölkə

Xocavənddə traktor minaya düşüb

Xocavənd rayonunda traktor minaya düşüb. Əks-səda xəbər verir ki, hadisə rayonun Qızılqaya kəndində qeydə alınıb. Məlumata görə, E.Abbasovun idarə etdiyi traktor kənd ərazisində minaya düşüb. Hadisə nəticəsində texnikaya zərər dəysə də, xəsarət alan olmayıb.

Dünya Gündəm Hadisə

Liviyada PUA neft emalı zavodunda rezervuara çırpılıb

Liviyada pilotsuz uçuş aparatı (PUA) Zaviyədəki neft emalı zavodunda (NEZ) nafta qarışığı olan rezervuara çırpılıb, nəticədə sızma baş verib. Əks-səda xəbər verir ki, bu barədə “Zawia Oil Refinery” şirkəti bildirib. Şirkətin məlumatına görə, əməkdaşlar sızmanı lokallaşdıra biliblər. Hadisə nəticəsində yanğın və yaralananlar qeydə alınmayıb. Şirkət NEZ-in ərazisinə yaxın məsafədə hərbi texnikanın olması ilə bağlı təhlükə barədə xəbərdarlıq […]

Gündəm Manşet Ölkə Siyasət

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası […]

Cəmiyyət Gündəm Ölkə

Sabah 40 dərəcə isti olacaq

Avqustun 9-da gözlənilən hava proqnozu açıqlanıb. Əks-səda Milli Hidrometeorologiya Xidmətinə əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.