Year: 2026

Gündəm Hadisə Ölkə

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Cəlilabadda yanğın baş verib. Əks-səda xəbər verir ki, hadisə rayonun Dostallı kəndində qeydə alınıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Kənd sakinlərinin verdiyi məlumata görə, yanğın elektrik naqillərinin birləşməsi nəticəsində yaranıb. Yanğın zamanı iki həyətyanı sahədə quru ot və bir tövlə yanıb. Faktla bağlı araşdırma aparılır.

Dünya Gündəm Hadisə

Rusiyanın Kiyevə PUA-larla hücumu nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb

Rusiyanın gecə saatlarında Ukraynanın Kiyev vilayətinə PUA-larla hücumu nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, Brovarı rayonunda üç ərazidə PUA qalıqlarının düşməsi nəticəsində fərdi yaşayış evi, yardımçı tikililər və avtomobillər zədələnib. Qeyri-yaşayış binasının ərazisində isə yanğın baş verib. Hücum nəticəsində 3 nəfər ölüb. Ölənlər arasında uşaq da var. Daha 3 nəfər yaralanıb, onların […]

Dünya Gündəm Hadisə

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın baş verib

Avqustun 8-nə keçən gecə Rusiyanın Krasnodar diyarı və Samara vilayəti dron hücumlarına məruz qalıb. Əks-səda xəbər verir ki, hücumlar nəticəsində İlsk və Sızran neft emalı zavodlarında yanğın baş verib. Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev vilayətdəki sənaye müəssisələrindən birinin dron hücumuna məruz qaldığını təsdiqləyib. Onun sözlərinə görə, hadisə yerində operativ xidmətlər çalışır. Krasnodar diyarının operativ qərargahı isə […]

Gündəm Hadisə Ölkə

Sumqayıtda sexdə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub. Əks-səda xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının bir dam altında tikilmiş ümumi sahəsi 1600kv.m. olan […]

Dünya Gündəm Texnologiya

Pentaqon 400 milyon dollarlıq lazerlərlə təchiz olunan antidron sistemləri alacaq

ABŞ Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarına qarşı lazer sistemlərinin alınması üçün ABŞ-ın “AeroVironment” texnologiya şirkəti ilə 400 milyon dollar dəyərində ilk müqaviləni imzalayıb. Əks-səda xəbər verir ki, Pentaqon hərbi münaqişələrdə getdikcə daha çox istifadə olunan dronlarla mübarizə üçün əlçatan və effektiv vasitələr axtarır. Qeyd olunur ki, Meksika sərhədində keçirilən sınaqlar zamanı “Locust” sistemindən istifadə edilərkən dost […]

Gündəm Hadisə Ölkə

Gəncədə qəza olub, üç nəfər xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Dünya Gündəm Hadisə

Rusiya dronları Qara dənizdə Almaniyaya məxsus yük gəmisinə hücum edib

Rusiyaya məxsus pilotsuz uçuş aparatları Qara dənizdə Almaniya şirkətinə məxsus yük gəmisinə hücum edib. Əks-səda xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Məlumata görə, Liberiya bayrağı altında üzən, lakin Hamburqda yerləşən “Johann M. K. Blumenthal” gəmiçilik şirkətinə məxsus “Emil” quru yük gəmisi Odessa limanından təxminən 21 dəniz mili (39 kilometr) aralıda olarkən bir neçə […]

Dünya Gündəm Hadisə

Türkiyənin yük gəmisi Novorossiysk yaxınlığında PUA hücumuna məruz qalıb

Rusiyanın Novorossiysk limanı sahillərində Türkiyə bayrağı altında üzən “MV Güllük” yük gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib. Əks-səda xəbər verir ki, hadisə nəticəsində itki olmayıb, lakin gəmiyə ziyan dəyib. Bildirilib ki, dron Taman istiqamətində hərəkət edən gəminin yaşayış məntəqələrinə dəyib. Gəmi İstanbula doğru yola düşüb, orada tam yoxlamadan keçəcək. “MV Güllük” yük gəmisi 2002-ci […]

Dünya Gündəm Hadisə

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

Rusiyanın Kamçatka yarımadasında 5,5 bal gücündə zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Məlumata görə, zəlzələnin ocağı 59,3 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Kamçatka diyarının inzibati mərkəzi olan Petropavlovsk-Kamçatski şəhərindən 334 kilometr məsafədə qeydə alınıb. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.