Belçika Qrenlandiyaya 30 hərbçi göndərəcək
Belçika NATO-nun Arctic Sentry missiyası çərçivəsində Qrenlandiyaya 30-dək hərbçi göndərəcək. Əks-səda xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Frankken bildirib. Məlumata görə, Belçika hərbçiləri sentyabrın 4-dən 18-dək Qrenlandiyada keçiriləcək NATO təlimlərində iştirak edəcəklər. Belçikanın müdafiə naziri məlumatı İslandiyaya səfəri zamanı təsdiqləyib.











