Year: 2026

Gündəm Hadisə Ölkə

Naxçıvanda İrandan Böyük Britaniyaya yük aparan maşında külli miqdarda narkotik aşkarlanıb

Naxçıvanda İrandan Böyük Britaniyaya yük aparan avtomobildə külli miqdarda narkotik aşkar olunub. Əks-səda xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Böyük Britaniyaya “qarışıq ərzaq” yükü aparan nəqliyyat vasitəsində narkotik axtarışı üzrə xidməti itin tətbiqi ilə gömrük yoxlaması aparılıb. Nəticədə nəqliyyat vasitəsinin dartıcısındakı soyuducunun alt hissəsində kustar üsulla düzəldilmiş gizli […]

Dünya Gündəm Hadisə

Filippin sahillərində 6,3 maqnitudalı zəlzələ olub

Filippin sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, episentr Saranqani əyalətindən 24 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 35 km dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Dünya Gündəm Hadisə

Türkiyədə minik maşını avtobusa çırpılıb, üç nəfər ölüb

Türkiyənin İstanbul əyalətinin Küçükçəkməcə rayonunda minik maşınının İstanbul Elektrik Tramvay və Tunel İstismarı idarəsinə aid avtobusa çırpılması nəticəsində üç nəfər ölüb. Əks-səda xəbər verir ki, məlumat “Haber Global”yayıb. Bildirilib ki, avtomobilin içərisində sıxışan üç nəfər xilasedicilərin köməyi ilə çıxarılıb. Onlar ağır yaralı halda xəstəxanaya aparılsalar da, hər üçü həyatını itirib. Hadisə yerinə yanğınsöndürmə briqadası, polis və tibbi […]

Dünya Gündəm Hadisə

İsrail “Hizbullah”ın Livanın cənubunda yerləşən tunelini məhv edib

İsrail Müdafiə Ordusu Livanın cənubunda yeraltı tuneli məhv edib. Əks-səda xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb. Hərbçilərin məlumatına görə, tunel radikal “Hizbullah” qruplaşması tərəfindən hərbi qulluqçulara qarşı terror hücumlarının hazırlanması və həyata keçirilməsi üçün istifadə edilib. Eyni zamanda, buraxılış qurğuları və raketlərin saxlanıldığı silah anbarının aşkar edildiyi bildirilib.

Dünya Gündəm Hadisə

Zelenski: Rusiyanın Kiyevə zərbəsi nəticəsində 17 nəfər ölüb, 44 nəfər yaralanıb

Rusiyanın ötən gecə Ukraynanın Kiyev şəhərinə və vilayətinə hava hücumu nəticəsində 17 nəfər ölüb, daha 44 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram” kanalında yazıb. Zelenskinin sözlərinə görə, Rusiya qoşunları Ukrayna paytaxtına və vilayətə 24 ballistik raket, dörd “Sirkon/Oniks” raketi və 115 pilotsuz uçuş aparatı buraxıb. Ukrayna lideri qeyd edib […]

Gündəm Hadisə Ölkə

Cəlilabadda yerə düşən elektrik naqili iribuynuzlu heyvanı tələf edib

Cəlilabad rayonunda qırılaraq yerə düşən elektrik naqilinə toxunan iribuynuzlu heyvan tələf olub. Əks-səda xəbər verir ki, hadisə rayonun Privolnoye kəndində baş verib. Kənd sakini Bariz Məhərrəmovun sözlərinə görə, heyvanlarını örüş sahəsinə apararkən küçədə qırılaraq yerə düşmüş elektrik naqilinə toxunan iribuynuzlu heyvan cərəyan vurması nəticəsində ölüb. Zərərçəkən bildirib ki, tələf olan heyvanın bazar dəyəri təxminən 4 min manat […]

Dünya Gündəm Hadisə

Kanadanın qərbində baş verən meşə yanğınları təxminən 230 evi məhv edib

Kanadanın qərbindəki meşə yanğını təxminən 230 evi məhv edib. Əks-səda xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Associated Press” (AP) məlumat yayıb. Okanaqan hindu icmasının rəhbəri Den Uilsonun sözlərinə görə, alov Vankuverdən təxminən 440 km şimal-şərqdə yerləşən Vernon şəhəri yaxınlığındakı qoruğun böyük hissəsini əhatə edib. Əraziyə havadan baxış keçirdikdən sonra oranın, demək olar, tamamilə yandığı […]

Dünya Gündəm Siyasət

Braziliya Argentina ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb

Braziliya hökuməti Argentina ilə diplomatik münasibətlərin səviyyəsini müvəqqəti işlər vəkili səviyyəsinə endirmək qərarına gəlib. Əks-səda xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı məlumat yayıb. Məlumata görə, hakimiyyət həmçinin səfir Julio Bitellini Buenos-Ayresə qaytarmamaq qərarına gəlib. Qəbul edilən qərar barədə Argentinanın Braziliyadakı səfiri Daniel Raymondiyə məlumat verilib və ona Braziliya Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib. […]

Dünya Gündəm Hadisə

Rusiya Kiyevə zərbələr endirib

Ukrayna paytaxtı Kiyev şəhərinə və eyniadlı vilayətə Rusiya ordusu tərəfindən yenidən kütləvi hava zərbələri endirilib. Əks-səda xəbər verir ki, avqustun 5-i yerli vaxtla 00:40-da başlayan zərbələr ballistik raketlərdən və reaktiv pilotsuz uçuş aparatlarından təşkil olunub. Hücumlarda paytaxtın Obolon, Qolosiv və Desnyan rayonlarına, o cümlədən Kiyev vilayətinin Brovarı şəhərinə hədəf alınıb. Zərbələr nəticəsində, Kiyev şəhərində və vilayətdə […]

Cəmiyyət Dünya Gündəm

Avstriyada yeni temperatur rekordu qeydə alınıb

Avstriyada hava temperaturu rekord göstəriciyə – 41 dərəcə Selsiyə çatıb. Əks-səda xəbər verir ki, bu barədə “Der Standard” qəzeti “Geosphere Austria” meteorologiya xidmətinə istinadən məlumat yayıb. Meteorologiya xidmətinin məlumatına görə, cəmi bir gün ərzində temperatur 40,8 dərəcədən 41 dərəcəyə yüksəlib ki, bu da bütün müşahidə tarixi ərzində ən yüksək göstərici olub. Qeyd olunub ki, Vyana və […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.