Year: 2026

Dünya Gündəm İQTİSADİYYAT

Argentinada 45-dən çox taxıl gəmisi tətil səbəbindən limanı tərk edə bilmir

Losmanların tətili səbəbindən azı 45 taxıl gəmisi Argentinanın Rosario şəhərinin limanını tərk edə bilmir. Əks-səda xəbər verir ki, bu barədə Argentinanın Yağ-piy Sənayesi Palatası və Taxıl İxracatçıları Mərkəzinin prezidenti Qustavo İdiqoras bildirib. Onun sözlərinə görə, vəziyyət yaxın vaxtlarda həll olunmazsa, saxlanılan gəmilərin sayı daha 30 ədəd arta bilər. O qeyd edib ki, hər gün gəmi sahiblərinə […]

Dünya Hadisə Manşet

“Air India” təyyarəsi burulğana düşüb, 17 nəfər xəsarət alıb

“Air India” aviaşirkətinin Pxuketdən Delhiyə AI379 reysini yerinə yetirən təyyarəsi güclü burulğan zonasına düşüb. Əks-səda xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb. Məlumata görə, göyərtədə 3 körpə də daxil olmaqla 137 sərnişin və səkkiz ekipaj üzvü olub. İnsident nəticəsində 17 nəfər, o cümlədən 4 ekipaj üzvü xəsarət alıb. Təyyarə Delhi hava limanına uğurla eniş edib, […]

Dünya Gündəm Maraqlı

36 il ərzində cəmi 965 km sürülən nadir “Aston Martin Vantage Zagato” satışa çıxarılıb

Böyük Britaniyada 1990-cı il istehsalı olan nadir “Aston Martin Vantage Zagato” superkarı aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə “Carscoops” saytı məlumat yayıb. Məlumata görə, 36 il ərzində avtomobil cəmi 965 kilometr yol qət edib. Bildirilir ki, “Aston Martin Vantage Zagato” 1990-cı ildə alındıqdan sonra çox az istifadə olunub və daha sonra 30 ildən artıq müddətdə qızdırılan […]

Dünya Gündəm Maraqlı

Əfqanıstanda Yunan dövrünə aid sikkə aşkarlanıb

Əfqanıstanın Bağlan vilayətində təxminən iki min il yaşı olan qədim sikkə aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə “Avapress” agentliyi məlumat yayıb. Məlumata görə, tarixi tapıntı Burka bölgəsində mal-qara otaran bir uşaq tərəfindən aşkar edilib. Sikkə qorunub saxlanılması məqsədilə vilayətin İnformasiya və Mədəniyyət İdarəsinin muzeyinə təhvil verilib. Bağlanın İnformasiya və Mədəniyyət İdarəsinin rəhbəri Əsədulla Mustafa Haşimi bildirib […]

Dünya Gündəm Maqazin

Bloqer Hüseyn Həsənov 4 il qiyabi həbs cəzasına məhkum edilib

Moskvanın Presnenski rayon məhkəməsi çirkli pulların yuyulması işi üzrə bloqer Hüseyn Həsənovu qiyabi olaraq dörd il müddətinə azadlıqdan məhrum edib. Əks-səda xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Həsənov həmçinin 1 milyon rubl məbləğində cərimə ödəməlidir. Təyin olunmuş cəza qiyabidir və məhkumun saxlanıldığı və ya ekstradisiya olunduğu andan qüvvəyə minəcək. Bundan başqa, məhkəmə bloqerə iki […]

Dünya Gündəm Hadisə

Ukrayna Kurskda və Zaporojyedə iki körpünü məhv edib

Ukrayna Silahlı Qüvvələri Rusiyada və onun ilhaq etdiyi Ukraynanın Zaporojye vilayəti ərazisində iki körpünü məhv edib. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb. Söhbət xüsusilə Rusiyanın Kursk vilayətinin Zvannoye kəndi yaxınlığında Seym çayı üzərindəki avtomobil körpüsündən və Ukraynanın Zaporojye vilayətində Moloçnaya çayı üzərindəki dəmir yolu körpüsündən gedir. Ukrayna tərəfinin […]

Gündəm Ölkə Sağlamlıq

Bakı və rayonlarda ötən ay 78 aptek yoxlanılıb, 11-də nöqsan aşkarlanıb

İyul ayında Bakı və rayonlarda 78 aptek yoxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb. Bildirilib ki, yoxlamalardan 55-i Bakı şəhərində, 23-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 51-i planlı, 26-sı plandankənar və 1-i yoxlamadan kənar olub. Nəticələrə əsasən, 11 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla […]

Dünya Gündəm Hadisə

Nyu-York metrosunda yanğın olub, 14 nəfər xəsarət alıb

Nyu-York metropoliteninin tarixi Astor-Pleys stansiyasında yanğın baş verib, nəticədə 8 əməkdaş və 6 yanğınsöndürən xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə “ABC news” telekanalı məlumat yayıb. Yanğın Şəhər Nəqliyyatı İdarəsinin (MTA) istismarında olan xidməti qatarda baş verib. Sərnişin qatarlarının hərəkətində ləngimə yaranıb.

Dünya Gündəm Idman

Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib

ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi İspaniyada meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib. Əks-səda xəbər verir ki, bu barədə Madrid Muxtar İcmasının rəhbəri İsabel Dias Ayuso “X” sosial şəbəkəsində məlumat yayıb. Ayuso bildirib ki, argentinalı futbolçu bölgənin bərpasına dəstək məqsədilə maliyyə yardımı göstərib. “Leonel Messi 80 min avro ianə edib. Ona təşəkkür […]

Gündəm Hadisə Ölkə

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qax rayonunda baş verən avtomobil qəzasında iki nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” və “Niva” markalı iki avtomobil toqquşub. Nəticədə yol kənarına aşan “Hyundai”da olan iki nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.