Year: 2026

Dünya Gündəm Hadisə

Cənubi Koreyada istilər səbəbindən 16 nəfər ölüb

Cənubi Koreyada anomal istilər nəticəsində 16 nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” agentliyi Cənubi Koreya Prezidenti Li Çje Myonun sözlərinə istinadən məlumat yayıb. “Biz böhranlarla mübarizə üzrə milli sistemin köklü şəkildə yenidən qurulması üçün səy göstərməliyik, çünki bu ekstremal hava şəraiti normaya çevrilir”, – o qeyd edib. Milli Meteorologiya Agentliyindən bildirilib ki, avqustun 2-də […]

Dünya Gündəm Hadisə

Efiopiyada torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb

Efiopiyanın şimalındakı Amhara regionunda torpaq sürüşməsi nəticəsində azı 14 nəfər həlak olub, yeddi nəfər ağır yaralanıb. Əks-səda xəbər verir ki, hadisə bazar ertəsi Müqəddəs Məryəmin Tsadkane Debre Mitmak monastırı yaxınlığında qeydə alınıb. Fəlakətin səbəbi dağ süxurlarının uçmasına gətirib çıxaran şiddətli yağışlar olub. Həmin vaxt müqəddəs su ilə yuyunma ayinini icra etmək üçün monastırın yaxınlığına yüzlərlə dindar […]

Dünya Gündəm Hadisə

Rusiya Sumını bombalayıb, ölən və yaralananlar var

Rusiya qoşunları avqustun 4-də gecə saatlarında Sumı şəhərinin mülki infrastrukturuna idarəolunan aviabombalarla zərbə endirib. Əks-səda xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib. Onun sözlərinə görə, Kovpakovsk rayonunun üç hissəsinə zərbələr qeydə alınıb. Fərdi yaşayış sektoru və infrastruktur obyektləri bombalanıb. Hücum nəticəsində bir nəfər həlak olub, xəsarət alanlar var. Zərbənin fəsadları […]

Dünya Gündəm Hadisə

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötüb

Venesuelada zəlzələ zamanı həlak olanların sayı 6 125 nəfərə qədər artıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriqes bildirib. Onun məlumatına görə, dağıntılar altından 6462 nəfər xilas edilib. Ümumilikdə 60 mindən çox insan kömək üçün həkimlərə müraciət edib. Xatırladaq ki, zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fasilə ilə […]

Cəmiyyət Gündəm Ölkə

Oktyabr ayında 12-ci Bakı Beynəlxalq kitab sərgisi keçiriləcək

Bu ilin 21-27 oktyabr tarixində Bakı Ekspo Mərkəzində” Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 12-ci Bakı Beynəlxalq kitab sərgisi keçiriləcək. Əks-səda xəbər verir ki, sərgi Azərbaycan Mədəniyyəti-2040″ Mədəniyyət Konsepsiyasına uyğun olaraq baş tutacaq. “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan sərgi uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması, kitaba marağın gücləndirilməsi və onların faydalı vərdişlərə […]

Dünya Gündəm Hadisə

Konqoda Eboladan 1 600 nəfər ölüb

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 1 600-ü ötüb. Əks-səda xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yaşareviç bildirib. “Avqustun 1-nə olan məlumata görə, 3 748 təsdiqlənmiş hal qeydə alınıb, onlardan 1 657-si ölüm halıdır”, – o qeyd edib. Onun sözlərinə görə, epidemiya sürətlə yayılır: “Cavab tədbirlərinin miqyasını […]

Cəmiyyət Gündəm Ölkə

“Nizami” və “28 May” metrostansiyaları arasında əlavə avtobuslar ödənişli olacaq

Avqustun 15-dən “Nizami” və “28 May” stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar ödənişli olacaq. Əks-səda xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, avtobuslar arasında interval 5 dəqiqədən aşağı olacaq: “Bu stansiyalar arasında 6 ekspres avtobus fəaliyyət göstərəcək. Bununla sərnişinlərə metrodan istifadə etmədən şəhərin bir nöqtəsindən digərinə, yəni əsas […]

Gündəm Hadisə Ölkə

Şahbuzda zəlzələ olub

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinnin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Dərinliyi 7 km, maqnitudası 3 olan təkanlar hiss olunub.

Cəmiyyət Gündəm Manşet Ölkə

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır

Avqustun 15-dən “Bakı Metropliteni” QSC-nin Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək. Əks-səda xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Məlumata əsasən, xətlərin ayrılması layihəsi Bakı metrosunun gələcək inkişafı üçün seçim deyil, strateji zərurətdir.

Gündəm Hadisə Ölkə

Ceki Çan “Tanrının zirehi 4” filminin çəkilişləri üçün Bakıdadır

Əfsanəvi aktyor Ceki Çan Bakıdadır və burada “Tanrının zirehi 4: Ultimatum” beynəlxalq macəra filminin bəzi səhnələrinin çəkilişləri başlayır. Əks-səda Qazaxıstanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, aktyor Azərbaycanın paytaxtında təxminən on gün keçirəcək. Filmin əsas çəkiliş meydançası Qazaxıstandır. Manqistau və Almatı vilayətlərində, eləcə də Almatıda çəkilişlər baş tutub. Qazaxıstan tərəfinin təklifi ilə çəkilişlər üçün ikinci ölkə […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.