Year: 2026

Dünya Gündəm

Rumıniyada AES-in fasiləsiz işləməsi üçün tədbirlər görülür

Dunay çayında suyun səviyyəsinin daha da azalması halında, Rumıniyanın Çernavoda şəhərindəki atom elektrik stansiyası (AES) dörd-beş gün işləyə biləcək. Əks-səda xəbər verir ki, bu barədə “Agerpres” agentliyinin sözlərindən sitat gətirdiyi “Apele Române” Milli Administrasiyasının direktor müavini Sorin Rındaşu bildirib. Onun sözlərinə görə, Dunayda suyun səviyyəsi gündə təxminən 2-3 sm azalır. Çayın Rumıniyaya girişində su sərfi saniyədə […]

Dünya Gündəm Hadisə

İranın dron hücumu nəticəsində Küveytdə hökumət binası və mülki obyektlərə ziyan dəyib

Küveyt İranın dron hücumu nəticəsində ölkənin şimalındakı hökumət binasına və Bubiyan adasında yerləşən mülki obyektlərə ziyan dəydiyini açıqlayıb. Əks-səda xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələri və ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Küveyt hava hücumundan müdafiə qüvvələri ölkə ərazisinə daxil olan düşmən dronlarını aşkar edərək məhv edib. Bununla belə, qəlpələrin düşməsi nəticəsində […]

Dünya Gündəm

Zelenski Rusiyanın konteyner gəmisi və iri neft emalı zavodunun vurulmasını təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın hərbi infrastrukturuna qarşı uzaqmənzilli zərbələri davam etdirdiyini bildirib. Əks-səda xəbər verir ki, Zelenski bu barədə “Telegaram”da paylaşım edib. Onun sözlərinə görə, Rusiya bayrağı altında üzən, tutumu 100 min tondan çox olan və sanksiyalar siyahısında yer alan “Yanina” konteyner gəmisi vurularaq batırılıb. Zelenski əlavə edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin […]

Gündəm Hadisə Ölkə

Qaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var. Əks-səda xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” və “Niva” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, bir azyaşlının isə öldüyü bildirilir. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. […]

Gündəm Hadisə Ölkə

Bilgəhdə 25 yaşlı gənc dənizdə batıb

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda vətəndaş – 2001-ci il təvəllüdlü Nizami […]

Dünya Gündəm Hadisə

Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyada bir sıra mühüm hərbi hədəfləri vurub. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. “Çernomorskoye ərazisində dəniz heyətsiz kater bazası vurulub. Baza qarşı tərəfin Qara dənizdə döyüş və xüsusi tapşırıqları yerinə yetirmək üçün istifadə etdiyi dəniz heyətsiz katerlərinin saxlanması, hazırlanması və texniki xidmət göstərilməsi üçün istifadə olunur”, […]

Gündəm Hadisə Ölkə

İsmayıllıda zəncirvari avtoqəza baş verib, xəsarət alanlar var

İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı yük avtomobili ilə “Volkswagen” və “VAZ1107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Gündəm Ölkə

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında avqustun 2-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Əks-səda xəbər verir ki,  bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında […]

Dünya Gündəm Siyasət

Dombrava: Latviya Belarusla sərhədi bağlayıb

Latviya Belarusla sərhədi bağlayıb, vətəndaşlara ölkəyə qayıtmaq üçün digər marşrutlardan istifadə etmələri tövsiyə olunur. Əks-səda xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava sosial şəbəkələrdə məlumat verib. “Texniki səbəblərə görə Latviya-Belarus sərhədi bağlanıb. Hələ Latviyaya qayıtmayanlardan digər marşrutlardan istifadə etmələrini xahiş edirik”, – Dombrava qeyd edib. Latviya Dövlət Sərhəd Xidmətindən “Paternieki” sərhəd nəzarət məntəqəsində […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.