Year: 2026

Cəmiyyət Gündəm Ölkə

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib. Əks-səda xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb. Bildirilib ki, həftəsonu ilə əlaqədar bölgələrə səfərlərin artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir: “Bu isə bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və məsuliyyət tələb edir. […]

Gündəm Ölkə

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib. Əks-səda xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Nəriman Həsənzadə iyunun 26-da səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil […]

Dünya Gündəm Hadisə

İsrailin Qəzzaya zərbələrində azı iki nəfər həlak olub

İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı iki nəfər həlak olub. Əks-səda xəbər verir ki, zərbələr HƏMAS-ın Qəzza üzrə Sülh Şurasının planı çərçivəsində silahları təhvil verməyə razılaşmasından bir neçə saat sonra endirilib. Tibb mənbələrinin məlumatına görə, zərbələr nəticəsində iki nəfər həyatını itirib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp HƏMAS birləşmələrinin tam tərk-silah edilməsini nəzərdə tutan razılaşmanın […]

Gündəm Hadisə Ölkə

Lerik rayonunda zəlzələ baş verib

Lerik rayonunda 3,1 maqnitudalı zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Lerik stansiyasından 16 km şərqdə, yerli vaxtla saat 1:47-də, 26 km dərinlikdə qeydə alınıb.

Dünya Gündəm Hadisə

Tatarıstanda neft-kimya zavodunda yanğın baş verib

Tatarıstanda (“SİBUR” neft-qaz-kimya holdinqinə daxil olan) “Nijnekamskneftexim” ASC-nin ərazisində yanğın baş verib, Əks-səda xəbər verir ki, bu barədə holdinqin mətbuat xidməti məlumat yayıb. “İşə çevik reaksiya xidmətləri cəlb olunub. İnsanların həyatı və sağlamlığı üçün təhlükə yoxdur”, – məlumatda deyilir.\ “Akkreditə olunmuş laboratoriyaların mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyətinin monitorinqi aparılır, onun nəticələri müəssisənin saytında və rəsmi sosial […]

Cəmiyyət Gündəm Ölkə

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Əks-səda xəbər verir ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib. Ulu Öndər fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində […]

Dünya Gündəm Hadisə

Kaliforniyada “F-35” qırıcı təyyarəsi qəzaya uğrayıb

ABŞ-nin Kaliforniya ştatında beşinci nəsil “F-35” qırıcı təyyarəsi qəzaya uğrayıb. Əks-səda xəbər verir ki, bu barədə “Fox News” telekanalı “Miramar” hərbi hava bazasının nümayəndəsinə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ Dəniz Piyadaları Korpusunun “F-35B” təyyarəsinin iştirakı ilə A sinifli qəza bazanın ətrafında baş verib, yerə düşdükdən sonra hava gəmisi alışıb. Pilot katapult etməyi bacarıb, lakin hələlik […]

Dünya Gündəm Hadisə

Rumıniyada elektrik enerjisi istehsalının azalması səbəbindən həyəcan rejimi elan edilib

Rumıniya hökuməti elektrik enerjisi istehsalının azalması ilə əlaqədar avqust ayı üçün milli səviyyədə həyəcan rejimi elan edib. Əks-səda xəbər verir ki, bu barədə həm də energetika naziri postunu tutan Rumıniyanın Baş naziri İlie Bolojan məlumat yayıb. Onun sözlərinə görə, buna səbəb quraqlıq və çaylarda, ilk növbədə, Dunay çayında suyun səviyyəsinin kəskin azalması olub. “Saniyədə 4 min kubmetrdən […]

Hadisə Manşet Ölkə

Göyçayda Şirvan suvarma kanalı yarılıb

Göyçay rayonunda Şirvan suvarma kanalı yarılıb. Əks-səda xəbər verir ki, hadisə kanalın rayonun Şahədət Qarabağlar kəndi ərazisindən keçən hissəsində baş verib. Kanalın yarılması nəticəsində su yaxınlıqda yerləşən, yerli sakinlərin “qobu” adlandırdığı dərin çökəkliyə doğru axır. Hadisə yerinə aidiyyəti qurumların canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması və su axınının dayandırılması istiqamətində tədbirlər görülür.

Dünya Gündəm Hadisə

İtaliya İspaniya ilə vizasız rejimin tətbiqini dayandırıb

İtaliya hökuməti İspaniyanın Seuta anklavına miqrantların kütləvi axını fonunda İspaniya ilə Şengen sazişi çərçivəsində vizasız rejimin fəaliyyətini 30 gün müddətinə dayandırıb. Əks-səda xəbər verir ki, bu barədə İtaliyanın Daxili İşlər Nazirliyinin bəyanatına istinadən “Sky News” məlumat yayıb. Telekanalın məlumatına görə, İtaliyanın Baş naziri Corcia Meloni Seutadan olan kadrları “şokedici” adlandırıb və nəzarətsiz qeyri-qanuni miqrasiyanı tənqid edib. Bununla […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.