Year: 2026

Cəmiyyət Gündəm Ölkə

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Bakı şəhərində aparılan təmir işləri ilə əlaqədar sabahdan etibarən avqustun 3-dək paytaxtın bir sıra küçə və yollarında nəqliyyat vasitələrinin hərəkətinə qismən və ya tam məhdudiyyət tətbiq olunacaq. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, xarici dairəvi avtomobil yolunun yan yolunda (Şamaxı istiqamətində, Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinədək) avqustun […]

Cəmiyyət Gündəm Ölkə

Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır

Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır. Əks-səda xəbər verir ki, abidə artıq Fəxri xiyabana gətirilərək quraşdırılıb. Qəbirüstü abidənin yaxın günlərdə açılışının olması gözlənilir. Abidənin müəllifi Xalq rəssamı Natiq Əliyevdir. Qeyd edək ki, Xalq yazıçısı Elçin 2025-ci il avqustun 3-də vəfat edib.

Gündəm Hadisə KriminaI

Xəzər rayonunda 45 kiloqram narkotik aşkarlanıb

Bakının Xəzər rayonunda 45 kiloqram narkotik aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat zamanı qeyd edilən cinayət əməlində şübhəli bilinən 53 yaşlı Fariz Xəlilov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 45 kiloqram 210 qram marixuana aşkarlanıb. F.Xəlilov ifadəsində əldə etdiyi narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə […]

İQTİSADİYYAT Manşet Ölkə Rəsmi

İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olub

İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı olub. Əks-səda xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Respublikasının Prezidenti […]

Dünya Gündəm Hadisə

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Mumbayda (Hindistan) dördmərtəbəli binanın bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb. Əks-səda xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb. “Hazırda biz dağıntılar altından 8 nəfərin meyitini çıxarmışıq. Binanın 6 sakini və təmir işləri aparan 5 fəhlə itkin düşmüş hesab olunur”, – təcili xidmətlərdən bildirilib. Hadisə iyulun 30-u gecə saatlarında baş verib.

Cəmiyyət Gündəm Ölkə

Xırdalanı “Memar Əcəmi” metrosu ilə əlaqələndirən avtobuslar dəyişdirilir

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 135 nömrəli marşrut xətti üzrə avtobuslar dəyişdirilir. Əks-səda bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, avqustun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xətti üzrə istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz […]

Digər Gündəm Ölkə

Sabah 39 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil […]

Dünya Gündəm

Fransa miqrant axını səbəbindən İspaniya ilə sərhəd nəzarətini gücləndirib

Fransa Mərakeşdən İspaniyanın muxtar şəhəri Seutaya qeyri-qanuni miqrant axını ilə əlaqədar İspaniya ilə sərhəddə sərhəd nəzarətini gücləndirib. Əks-səda xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib: “Seuta anklavında yaranmış vəziyyətlə əlaqədar, mən İspaniya sərhədində sərhəd nəzarətinin dərhal gücləndirilməsi barədə göstəriş vermişəm”. Qanunsuz miqrantların Seutaya axını ilə əlaqədar […]

Dünya Gündəm Hadisə

Rusiya Ukraynanın dörd vilayətinə zərbələr endirib: ölən və xəsarət alanlar var

Rusiya bu gün Ukraynanın Vinnitsa, Odessa, Xmelnitski və Xerson vilayətlərinə zərbələr endirib, hücumlar nəticəsində 1 nəfər həlak olub, 12 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının nümayəndələri məlumat veriblər. Rusiya qoşunları Vinnitsa vilayətində mülki infrastruktur obyektinə zərbə endirib. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 9 nəfər xəsarət alıb. Həmçinin “Novaya […]

Digər Gündəm Ölkə

Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən “Zülfüqar – 2026” birgə taktiki təlimi başa çatıb. Əks-səda xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah da qatılıb. Birgə taktiki təlimin əsas məqsədi iştirakçı ölkələrin xüsusi […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.