Year: 2026

Gündəm Hadisə Ölkə

Qaxda iki avtomobil toqquşub, ölən var

Qaxda qəza baş verib, ölən var. Əks-səda xəbər verir ki, hadisə iyulun 30-u saat 16 radələrində Qax-Şəki avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” və “Niva” markalı avtomobillər toqquşub, nəticədə bir nəfər həyatını itirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Gündəm Hadisə Ölkə

Odessa yaxınlığında dron hücumuna məruz qalan azərbaycanlı dənizçilərin olduğu gəmi Rumıniyaya çatıb

Bu gün Odessa yaxınlığında dron hücumuna məruz qalan azərbaycanlı dənizçilərin olduğu “Albatros Corporation” məxsus “ATA -2” (IMO 9387669) quru yük gəmisi Rumıniyanın Suliniya limanına çatıb. Əks-səda xəbər verir ki, bu barədə gəminin kapitanı bildirib. Qeyd edək ki, gəmi iyulun 30-da səhər saatlarında 3 dronun hücumuna məruz qalıb. Gəmiyə ciddi ziyan dəyib. Heyəti 13 nəfərdən ibarətdir, onlardan biri […]

Gündəm KriminaI Ölkə

Abşeronda saxta alıcı evdən 5 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinir

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənin evini satışa çıxardığını öyrəndikdən sonra özünü alıcı kimi təqdim edərək evə […]

Gündəm Idman Ölkə

Azərbaycanın minifutbol üzrə U-23 millisi Qazaxıstan yığmasına qalib gəlib

Azərbaycanın minifutbol üzrə U-23 millisi yoxlama görüşündə Qazaxıstan yığmasına qalib gəlib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyası məlumat yayıb. İyulun ilk həftələrindən hazırlıq keçən Rəcəb Fərəczadənin baş məşqçi olduğu komanda Bakıda toplanışda olan Qazaxıstanın U-23 millisini 2:0 hesabı ilə məğlub edib. Hər iki komanda oktyabrda Xorvatiyada təşkil olunacaq dünya çempionatına hazırlaşır. Qeyd edək ki, Azərbaycan […]

Gündəm Hadisə Ölkə

Lənkəranda yaşayış evi yanıb

Lənkəran rayonunda fərdi yaşayış evi yanıb. Əks-səda xəbər verir ki, hadisə rayonun Viyən kəndində baş verib. Yanğın 1977-ci il təvəllüdlü kənd sakini İlham Ələsgər oğlu Hüseynova məxsus ümumi sahəsi 480 kvadratmetr olan 11 otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində yaranıb. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Lənkəran Rayon […]

Gündəm KriminaI Ölkə

57 kq narkotik vasitə və 1981 psixotrop həb dövriyyədən çıxarılıb

57 kq narkotik vasitə və 1981 psixotrop həb dövriyyədən çıxarılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Abşeron və Qaradağ rayonlarında keçirilən tədbirlərlə əvvəllər oğurluq cinayətinə görə məhkum olunan Ramil Əliyev və Nihat Abdurrahmanov saxlanılıblar. Onlardan ümumilikdə 57 kiloqram heroin, metemfetamin, tiryək, həşiş qətranı, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və […]

Cəmiyyət Gündəm Ölkə

Avqustda orta aylıq temperatur yüksək olacaq

Azərbaycanda avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Ayın ilk günlərində ölkə ərazisində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi […]

Dünya Gündəm

Paşinyan Ermənistan hökumətinin istefasının anonsunu verib

İyunun 7-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən yeni nazirlər kabinetinin formalaşması ilə əlaqədar olaraq Ermənistan hökuməti avqustun 2-də istefaya gedəcək. Əks-səda xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib. “Biz bazar günü (2 avqust – red.) istefa verəcəyik. Bu gün hökumətin bu tərkibdə son iclası keçirilir”, – o bildirib. Baş […]

Dünya Gündəm Maqazin

Alla Puqaçova Yurmaladakı yay iqamətgahından məhrum ola bilər

Rusiyanın tanınmış müğənnisi Alla Puqaçova Latviyanın Yurmala şəhərində hər il istirahət etdiyi villanı itirmək təhlükəsi ilə üzləşib. Məlumata görə, evin sahibi malikanəni satışa çıxardığı üçün icarə müqaviləsinə xitam verməyi planlaşdırır. Əks-səda xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb. Hazırda villada Alla Puqaçova ilə yanaşı, həyat yoldaşı, komediya ustası Maksim Qalkin də istirahət edir. […]

Gündəm Ölkə

İyulun son gününün havası açıqlanıb

İyulun 31-də gözlənilən hava şəraiti açıqlanıb. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.