Year: 2026

Dünya Gündəm

Almaniyada bu il isti hava səbəbilə 10 minə yaxın adam ölüb

Almaniyada anomal isti hava şəraiti bu ilin əvvəlindən indiyədək təxminən 10 min nəfərin ölümünə səbəb olub. Əks-səda xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə Nazirliyinə tabe olan Robert Kox İnstitutu məlumat yayıb. İnstitutun hesabatına əsasən, iyulun 19-na olan vəziyyətə görə istilərlə əlaqəli ölüm hallarının sayı 9 800-ə çatıb. Bu, 2016-cı ildən etibarən aparılan statistika üzrə ən yüksək […]

Gündəm Hadisə Ölkə

Bərdədə 36 yaşlı qadın yıxılaraq ölüb

Bərdədə bədbəxt hadisə baş verib. Əks-səda xəbər verir ki, 1990-cı il təvəllüdlü Sevinc Məmmədova rayon ərazisində yaşadığı evdə yıxılaraq baş nahiyəsindən xəsarət alıb. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Dünya Gündəm Hadisə

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

Hindistanın şimal-şərqindəki Assam ştatında daşqınlar nəticəsində ölənlərin sayı 78-ə çatıb. Əks-səda xəbər verir ki, bu barədə ştatın fövqəladə hallar idarəsinə istinadən Hindistan mediası məlumat yayıb. Bildirilib ki, 300 mindən çox sakin fəlakət zonasındadır. Eyni zamanda, 551 yaşayış məntəqəsi su altında qalıb. Ən ağır vəziyyət təbii fəlakətdən 137 mindən çox insanın zərər çəkdiyi Çaraydeo dairəsində davam edir. Daşqınlar […]

Dünya Gündəm Hadisə

Yaponiyada zəlzələdən sonra 95 mindən çox ev susuz qalıb

İyulun 28-də 7,1 maqnitudalı zəlzələnin baş verdiyi Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında 95 mindən çox ev və mənzil su ilə təchiz olunmur. Əks-səda xəbər verir ki, bu barədə Yaponiyanın Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin məlumatında deyilir. Bununla yanaşı, qonşu Naqasaki prefekturasında suyun verilişi tam bərpa edilib. Fəlakət zonasına su avtosisternlərlə, o cümlədən Yaponiyanın Özünümüdafiə […]

Dünya Gündəm Hadisə

Yeni Zelandiyanın Kermadek arxipelaqı sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib

Yeni Zelandiyanın Kermadek arxipelaqı sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat yayılıb. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 02:27 radələrində qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Dünya Gündəm Hadisə

Türkiyədə avtomobil çay yatağına aşıb, ölən və yaralananlar var

Türkiyənin Giresun şəhərinin Alucra rayonunda sürücünün idarəetməsindən çıxan avtomobil çay yatağına aşıb, 3 sərnişin həyatını itirib, 3 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. “Yeşilyurt kəndində DSİ bənd yolunda hərəkət edən İlyas Kerim Saatçinin (21) idarə etdiyi 28 ADC 335 nömrəli avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində çay yatağına aşıb”, məlumatda bildirilib və […]

Dünya Gündəm Hadisə

Argentinada helikopter qəzaya uğrayıb, yeddi nəfər həlak olub

Argentinanın San-Xuan vilayətində meşə yanğınlarının söndürülməsində istifadə olunan helikopterin qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə Argentinanın Fövqəladə Hallar üzrə Federal Agentliyi və region hökuməti məlumat yayıb. “Bu gün Fövqəladə Hallar üzrə Federal Agentliyi tərəfindən icarəyə götürülmüş “Bell 412″ helikopteri San-Xuan vilayətinin İsçiqualasto parkı ərazisində qəzaya uğrayıb”, – qurumun bəyanatında […]

Dünya Hadisə Manşet

Türkiyənin 9 vilayətində meşə yanğınları qeydə alınıb

Türkiyənin 9 vilayətində meşə yanğınları baş verib. Əks-səda xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) “X” sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirilib. “Antalya, Çanaqqala və digər vilayətlərdə meşə yanğınları ilə mübarizə davam edir”, – məlumatda bildirilib və əlavə edilib ki, Türkiyədəki meşə yanğınlarına 3 mindən çox şəxsi heyət cəlb olunub. […]

Dünya Gündəm Hadisə

“İsgəndər-M” ballistik raketi Ukraynada fərdi evə düşüb, ölənlər var

Rusiya Ukrayna ərazisinə kütləvi hücum edib. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) öz “Telegram” kanalında məlumat yayıb. Məlumata görə, Kiyev, Krivoy Roq və Vinnitsa ballistik raket hücumuna məruz qalıb. Kiyevdə yanğın baş verib, “Poçayna” metro stansiyasının girişi zədələnib. Şəhər meri Vitali Kliçko Svyatoşinski rayonunda və Obolonda qalıqların düşməsi, qeyri-yaşayış binalarının zədələnməsi barədə […]

Dünya Gündəm Siyasət

Tramp: İrana güclü zərbə endirəcəyik

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Tehranla razılaşmanın əldə olunması imkanını dəyərləndirməklə yanaşı, İrana yenidən güclü zərbələr endirmək niyyətindədir. Əks-səda xəbər verir ki, bunu Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb. “Biz hansısa bir məqamda razılaşmamızın olub-olmayacağını aydınlaşdıracağıq. Amma onlara çox güclü zərbələr endirəcəyik”, – Tramp İran haqqında danışarkən bildirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.