Year: 2026

Dünya Gündəm Hadisə

Mərakeşdən İspaniyaya üzərək çatmaq istəyən 18 miqrant ölüb

İspaniyanın Afrikanın şimal sahillərində yerləşən Seuta muxtar şəhərinə üzərək çatmağa çalışan azı 18 nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə “El País” qəzeti məlumat yayıb. Yerli KİV-lərin daha əvvəl yaydığı məlumata görə, son bir həftə ərzində 1 500-dən çox miqrant Mərakeşdən üzərək Seutaya çatıb. Muxtar şəhərə gələnlərin dəqiq sayı hələ açıqlanmayıb. Böhran fonunda İspaniya hakimiyyəti […]

Gündəm Hadisə Ölkə

Göygöldə yol qəzasında ana və qızı yaralanıb

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə Gəncə–Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-21015” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü İlhamə Hüseynova və onun 2004-cü il təvəllüdlü qızı Xədicə Hüseynova, həmçinin “VAZ-21015” markalı avtomobilin sürücüsü Əli Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri […]

Gündəm Idman Ölkə

Avropa Liqasında ÇSKA-ya uduzan “Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ” Bolqarıstanda ÇSKA (Sofiya) ilə cavab oyunu oynayıb. Əks-səda xəbər verir ki, Sofiyadakı “Vasil Levski” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtında hesab açılmayıb – 0:0. Bakıda keçirilən ilk görüş də qolsuz heç-heçə ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb, lakin hər biri 15 dəqiqədən ibarət iki hissədə də hesab […]

Dünya Gündəm

Gürcüstanda elektrik kəsintiləri ilə bağlı ilkin araşdırmanın nəticələri açıqlanıb

Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının (GNERC) yaratdığı işçi qrupu iyulun 24-də ölkədə baş vermiş genişmiqyaslı elektrik kəsintisi ilə bağlı araşdırmanın ilkin nəticələrini təqdim edib. Əks-səda xəbər verir ki, iyulun 24-də Gürcüstanın enerji sistemi Azərbaycanın enerji sistemindən ayrılıb və təcrid olunmuş rejimdə fəaliyyət göstərməyə başlayıb. Nəticədə sistemdə tezlik və gərginlik azalıb, kritik həddə çatdıqdan sonra […]

Cəmiyyət Gündəm Ölkə

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

İyulun 31-də Bakının Lökbatan, Qobu qəsəbələrində, həmçinin Nizami rayonunun bir sıra küçələrində qaz təchizatı müvəqqəti olaraq məhdudlaşdırılacaq. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması səbəbindən sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Lökbatan qəsəbəsinə bütünlüklə, Qobu qəsəbəsinin müəyyən hissəsinə, eləcə də Nizami rayonunun R. […]

Manşet Ölkə Rəsmi

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib. Əks-səda xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.

Hadisə Manşet Ölkə

Mina partlayışında ölən qardaşının evini yandırdı

Tərtərdə kişi qardaşı arvadının evini yandırıb. Əks-səda xəbər verir ki, hadisə rayonun Şıxarx kəndində qeydə alınıb. İttiham aktına görə, 40 yaşlı İsa Məmmədov (şərti adla) qardaşı arvadı ona həmin evdə yaşamağa icazə vermədiyi üçün qisas almaq istəyib. Bunun üçün səhər tezdən spirtli içkinin təsiri altında yarım litr benzini evin bir otağına və damına tökərək yandırıb. Nəticədə […]

Dünya Gündəm

Anna Akopyana qarşı xuliqanlıqla bağlı cinayət işi açıldı

Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana qarşı xuliqanlıq hərəkətləri ilə bağlı cinayət işi açıb. Əks-səda xəbər verir ki, bu barədə TASS-a İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib. “İnformasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə xuliqanlıq törədilməsi faktı üzrə cinayət işi başlanıb. Qeyd edək ki, zorakılığa açıq çağırışlar edilməsi faktı […]

Dünya Gündəm Idman

“Çelsi” Fransa yığmasının oyunçusunu transfer etdi

“Çelsi” klubu “Kristal Pelas”ın və Fransa millisinin müdafiəçisi Maksans Lakruanı transfer edib. Əks-səda xəbər verir ki, bu barədə London təmsilçilərinin rəsmi internet səhifəsində məlumat verilib. 26 yaşlı futbolçu paytaxt klubu ilə 2032-ci ilə qədər razılaşma əldə edib və 2026/27-ci illər mövsümü başlamazdan əvvəl komandaya qoşulacaq. “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, oyunçunun bazar dəyəri 50 milyon avro təşkil edir. […]

Elm Gündəm Manşet Ölkə

Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılıb

Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılıb. Əks-səda xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 10-da keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib. Aparılmış müzakirələrin və səsvermənin nəticələrinə əsasən, ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.