Year: 2026

Gündəm Manşet Ölkə

Küləkli hava bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcək

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21, Neftçalada 20, Naftalanda 18 m/s-yə çatır. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin bu gün günorta saatlarından etibarən […]

Gündəm Hadisə Ölkə

Bakıda dünəndən başlayan güclü külək 48 ağacı aşırıb, 63 budaq sınıb

Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb. Əks-səda xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib. Bildirilib ki, birliyin briqadaları sınan ağacların kəsilməsini, budaqların budanmasını təmin ediblər.

Dünya Gündəm Hadisə

Kamçatkada 5,5 maqnitudalı zəlzələ baş verib

Sakit okean akvatoriyasında, Petropavlovsk-Kamçatskidən 521 kilometr və Aleut bələdiyyə dairəsinin inzibati mərkəzi olan Nikolskoye kəndindən 116 kilometr məsafədə 5,5 maqnitudalı zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialından bildirilib. Zəlzələ ocağı 63,7 metr dərinlikdə yerləşib. Nikolskoyedə zəlzələ 3 bala qədər hiss olunub. Dağıntılar və […]

Gündəm Hadisə Ölkə

Biləsuvarda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib

Biləsuvar rayonunda sürücü sükan arxasında dünyasını dəyişib. Əks-səda xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb. “Niva” markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Əlizadə Əliyev idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı kanala düşüb. İlkin məlumata görə, Ə. Əliyev sükan arxasında ürəktutmasından vəfat edib. Qeyd edək ki, mərhum rayonda fəaliyyət göstərən pambıq şirkətlərinin […]

Dünya Gündəm Hadisə

Çinin şimalında iki zəlzələ baş verib

Çinin şimalında, Çinxay vilayətində 5,8 və 5,6 maqnitudalı iki zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, birinci zəlzələnin episentri təxminən 1,6 milyon insanın yaşadığı Sinin şəhərindən 242 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. İkinci zəlzələnin episentri isə həmin şəhərdən 249 km cənub-qərbdə […]

Dünya Gündəm Hadisə

İspaniya və Fransada genişmiqyaslı meşə yanğınları davam edir

İspaniya və Fransanın fövqəladə xidmətləri yeni istilik dalğası başlamazdan əvvəl genişmiqyaslı meşə yanğınlarını lokallaşdırmaq üçün mübarizəni davam etdirirlər. Əks-səda -nın The Guardian qəzetinə istinadən verdiyi məlumata görə, hər iki ölkənin hakimiyyəti vəziyyətin kritik olduğunu bildirir. İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaskanın sözlərinə görə, bazar ertəsi və çərşənbə axşamı yanğınlarla mübarizədə həlledici günlər olacaq. Ən mürəkkəb vəziyyət […]

Dünya Gündəm Hadisə

Barselona metrosundakı yanğın kütləvi zəhərlənməyə səbəb olub

Barselona metrosunda baş verən yanğın nəticəsində 137 nəfər tüstüdən zəhərlənib, onlardan 40-ı xəstəxanaya yerləşdirilib. Əks-səda -nın La Vanguardia-ya istinadən verdiyi məlumata görə, yanğın axşam saatlarında “Klot” və “Qlories” stansiyaları arasında baş verib. Belə ki, maşinist alovu təxminən 50 metr məsafədən görüb, qatarı təcili dayandırıb və xilasediciləri çağırıb. Lakin güclü tüstülənmə səbəbindən sərnişinlər yanğınsöndürənlərin gəlməsini gözləməyib, vaqonların […]

Dünya Gündəm Texnologiya

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

ABŞ-ın Apple korporasiyası Nvidia şirkətini geridə qoyaraq yenidən dünyanın bazar kapitallaşmasına görə ən böyük şirkəti olub. Əks-səda xəbər verir ki, Apple səhmləri Nasdaq birjasında 1,17% artaraq bir səhm üçün 336,91 dollara yüksəlib. Eyni zamanda, Nvidia səhmləri 4,99% ucuzlaşaraq 196,51 dollara düşüb. Apple şirkətinin bazar kapitallaşması 4,95 trilyon dollara çatıb, Nvidia-nın dəyəri isə 4,76 trilyon dollar olaraq […]

Gündəm Idman Ölkə

UEFA Çempionlar Liqası: “Sabah” Finlandiyada “KuPS” ilə cavab oyununa çıxacaq

“Sabah” komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün Finlandiyada “KuPS” ilə qarşılaşacaq. Əks-səda xəbər verir ki, bu raundun cavab matçı Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər Mərkəzi Stadionunda start götürəcək. Oyunu İsraildən olan FIFA referisi Qal Leyboviç idarə edəcək. Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu rəqibini […]

Cəmiyyət Gündəm Ölkə

Bakının bir çox ərazisində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 28-də paytaxtın bir sıra ərazilərində təmir-təftiş işləri aparılacaq. Əks-səda xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində 10:00-dan 13:00-dək Mətbuat prospekti və Ayna Sultanova küçəsinin bir hissəsində […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.