Year: 2026

Dünya Gündəm Siyasət

Rumıniya Moskvadakı səfirini geri çağırıb

Rumıniya son günlər Rusiya pilotsuz uçuş aparatlarının ölkənin hava məkanını pozması ilə əlaqədar Rusiyanın Buxarestdəki səfirliyinin bir əməkdaşını “persona non grata” elan edərək ölkədən çıxarmaq qərarına gəlib. Əks-səda xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi bəyanat yayıb. Rusiyanın Buxarestdəki səfiri nazirliyə çağırılıb və ona Rumıniya ərazisində vurulan pilotsuz uçuş aparatının qalıqları təqdim edilib. Prokurorluğun […]

Dünya Gündəm Hadisə

Nigeriyanın şimal-qərbində kənd sakinlərinə hücum edilib, onlarla ölü var

Nigeriyanın şimal-qərbindəki Kaduna ştatında kəndə silahlı hücum nəticəsində azı 30 nəfər ölüb. Əks-səda xəbər verir ki, hücum Kauru yerli özünüidarəetmə rayonunun Naridon kəndində baş verib. Kəndin başçısının katibi Doqon Rananın sözlərinə görə, silahlı şəxslər yaşayış məntəqəsinə soxularaq ətrafa atəş açıb və yaşayış evlərini yandırıblar. Hücum nəticəsində 8-i uşaq olmaqla azı 30 nəfər ölüb. Daha 4 uşaq […]

Gündəm Media Ölkə

MEDİA: İranın “Səhər” telekanalı və “Mehr” agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Qarşılıqlılıq prinsipi nəzərə alınaraq İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir. Əks-səda xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) İranda AzTV-ni “düşmən media qurumları” siyahısına daxil edilməsi ilə bağlı bəyanatında qeyd olunub. Sənəddə bildirilib ki, adıçəkilən media qurumları Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərir, ölkənin […]

Dünya Gündəm Hadisə

Qəzzada HƏMAS-ın təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb

İsrail Müdafiə Ordusu və təhlükəsizlik xidməti Qəzzanın mərkəzi hissəsinə endirilən zərbələr zamanı HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərini öldürüb. Əks-səda xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, xidmət rəhbəri Vael Musa Xaled Ladavi Qəzza zolağındakı Deyr əl-Bələh bölgəsindəki düşərgələrdən birində gizlənirdi. “Ladavinin rəhbərlik etdiyi qurum HƏMAS-ın yüksək vəzifəli üzvləri üçün kəşfiyyat məlumatlarının […]

Dünya Gündəm Hadisə

Lekornyu: Fransada meşə yanğınları səbəbindən 116 hektardan çox ərazi yanıb

Fransada 13 566 yanğın hadisəsi qeydə alınıb və artıq 116 085 hektar ərazi yanıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Baş naziri Sebastyen Lekornyu “X” sosial şəbəkəsində yazıb. “Yanğınlarla mübarizə profilaktikadan başlayır. Hər 10 yanğından 9-u insan fəaliyyətinin nəticəsində yaranır və onların əksəriyyəti ehtiyatsızlıqdan baş verib. Onlardan bəziləri isə qəsdən yandırılır: bu, 15 ilə qədər […]

Gündəm Ölkə

Qobustanda yeni avtomobil körpüsü istifadəyə verilib

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində inşa olunan yeni avtomobil körpüsünün tikintisi başa çatıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, layihə çərçivəsində istismar müddətini başa vurmuş köhnə körpü sökülərək onun yerində müasir standartlara cavab verən yeni biraşırımlı körpü tikilib. […]

Dünya Gündəm Hadisə

Yunanıstanda zavodda partlayış olub, ölən və yaralı var

Yunanıstanın Korinf bölgəsinin Eksamilia şəhərciyində sirkə istehsalı zavodunda baş verən partlayış və ardınca yaranan yanğın nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə yerində beş işçi və bir sürücü olub. Partlayışdan sonra böyük yanğın baş verib və sənaye müəssisəsinin avadanlıqları məhv olub. “Müəyyən edilib ki, hadisə nəticəsində 25 yaşlı kişi […]

Dünya Gündəm İQTİSADİYYAT

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

Moldovanın Baş naziri Vasile Tofan dizel və qaz bazarları da daxil olmaqla, enerji sektorundakı vəziyyəti nəzərdən keçirmək üçün iyulun 28-də təcili hökumət iclası çağıracağını açıqlayıb. Əks-səda xəbər verir ki, bu barədə Baş nazir sosial mediada məlumat verib. Bu gün Moldova hökuməti bəzi yanacaqdoldurma məntəqələrində müvəqqəti dizel çatışmazlığı elan edib və vəziyyətin əlavə yanacaq tədarükü ilə həll […]

Dünya Gündəm Idman

Paolo Maldini İtaliya Futbol Federasiyasında texniki direktor vəzifəsindən ayrılıb

Paolo Maldini İtaliya Futbol Federasiyasında (FIGC) texniki direktor vəzifəsindən ayrılıb. Əks-səda xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano X sosial şəbəkə hesabında məlumat yayıb. Bundan başqa, FIGC-nin texniki direktorunun müşaviri vəzifəsini tutan Leonardo da postundan istefa verib. Məlumata görə, Maldini və Leonardo 2006-cı il dünya çempionu Andrea Pirlonun İtaliya millisinin baş məşqçisi təyin olunmasının tərəfdarı […]

Gündəm Ölkə

Bakıda sınan ağaclar yollardan götürüldü

Dünəndən əsən güclü külək nəticəsində Bakıda 7 ağac, 22 ağac budağı sınıb. Bu barədə Əks-səda -ya Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, birliyin briqadaları operativ şəkildə sınan ağacların kəsilməsi, sınan budaqların budanmasını təmin ediblər. Tədbirlər davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.