Year: 2026

Dünya Gündəm

Meksikada yol-nəqliyyat hadisəsində azı 16 nəfər həlak olub

Meksikanın Qvadalaxara-Tepik avtomagistralında baş verən irimiqyaslı qəzadan sonra azı 16 nəfər həlak olub, itkin düşənlər var. “Əks-səda” xəbər verir ki, bu məlumatı Fövqəladə Hallar üzrə Milli Komissiyaya istinadən “Excélsior” nəşri yayıb. Məlumata görə, yük maşını dayana bilməyib və yüksək sürətlə şossedə dayanmış bir neçə avtomobilə çırpılıb. Güclü toqquşma yanğına səbəb olub. Bu isə xilasetmə əməliyyatının aparılmasını […]

Gündəm Ölkə

FHN: Ötən həftə 560 yanğına çıxış olub, 12 nəfərin meyiti tapılıb

Ötən həftə ərzində 560 yanğına çıxış olub. “Əks-səda” bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Bildirilib ki, həftə ərzində 49 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən […]

Dünya Gündəm

ABŞ ordusu İrana növbəti zərbələri başa çatdırıb

ABŞ Silahlı Qüvvələri bazar ertəsinə keçən gecə İran ərazisindəki hədəflərə yeni zərbələr seriyası endirməyə başlayıb. “Əks-səda” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb. “Şərq sahilinin vaxtı ilə (bazar günü) saat 17:00-da (Bakı vaxtı ilə bazar ertəsi saat 01:00-da) CENTCOM bölmələri Hörmüz boğazından sərbəst keçən ticarət gəmilərinə […]

Gündəm Ölkə

Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır

Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır. “Əks-səda” xəbər verir ki, 2 gün davam edəcək olan tədbir “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunur. Tədbirdə 53 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Eyni zamanda, forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox […]

Dünya Gündəm

İraq, ABŞ və Suriya Hörmüzdən yan keçməklə Kərkükdən neft kəmərini yenidən işə salmağı planlaşdırırlar

Bağdad, Vaşinqton və Dəməşq Hörmüz boğazından yan keçərək neft tədarük etməyə imkan verəcək İraqdakı Kərkükdən Suriyadakı Baniyas limanına gedən neft kəmərinin fəaliyyətinin bərpası layihəsini hazırlayırlar. “Əks-səda” xəbər verir ki, bu barədə “İnterfaks” “Middle East Eye” portalına istinadən məlumat yayıb. “Mənbələr bildirib ki, neft kəmərinin yenidən işə salınması ilə bağlı razılaşmaların gələn həftə İraqın Baş naziri Əli […]

Gündəm Rəsmi

Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də “Xankəndi” hotelinin açılışında iştirak edib. “Əks-səda” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına “Xankəndi” Mehmanxana Kompleksinə aid “Xankəndi” hotelində yaradılmış şərait haqqında məlumat verdi. Bildirildi ki, dördmərtəbəli hotel binasında qonaqların rahat qalması üçün hərtərəfli şərait yaradılıb. Burada ümumilikdə 101 otaq var. Otaqlardan 92-si “deluxe”, 4-ü […]

Gündəm Idman

“Mançester Siti”nin yarımmüdafiəçisi Sverre Nyupan Belçika klubuna keçib

“Mançester Siti” klubunun yarımmüdafiəçisi Sverre Nyupan icarə əsasında “Lommel”ə (Belçika) keçib. “Əks-səda” xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İcarə bir mövsüm üçün hesablanıb və satınalma hüququ nəzərdə tutulmayıb. “Mançester Siti” Sverre Nyupanı 2025-ci ilin yayında transfer edib. 19 yaşlı norveçli futbolçu indiyədək komandanın heyətində rəsmi oyuna çıxmayıb.

Dünya Gündəm

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın 21 tankerinin vurulduğunu bildirib

Ukrayna Müdafiə Qüvvələri Azov dənizi akvatoriyasında Rusiyanın 21 tankerini, eləcə də dörd yedək gəmisini, iki quru yük gəmisini və bir dibdərinləşdirən gəmini vurub. “Əks-səda” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qurumun məlumatına görə, hücum Rusiyanın hərbi-iqtisadi potensialının zəiflədilməsi tədbirləri çərçivəsində iyulun 11-nə keçən gecə həyata keçirilib. Baş Qərargahdan bildirilib ki, […]

Dünya Gündəm

Tayvanda “Bavi” qasırğası nəticəsində 87 nəfər yaralanıb

Tayvanda “Bavi” tayfunu nəticəsində 87 nəfər xəsarət alıb. “Əks-səda” xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Qeyd olunub ki, xəsarət alanların çoxu artıq xəstəxanalardan buraxılıb, ölüm və ya ciddi xəsarət halları qeydə alınmayıb. Ada üzrə 14,2 min nəfər təxliyə edilib, onların əksəriyyəti Tayvanın şərqindəki Hualyan qəzasındadır. Bununla yanaşı, 27 minə yaxın ev təsərrüfatı […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.