Year: 2026

Gündəm Hadisə

İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən boğularaq ölüb

İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən boğularaq ölüb. “Əks-səda” xəbər verir ki,hadisə rayonun Talıstan kəndində qeydə alınıb. Belə ki, 5 yaşlı T.Teymurlu kənddə yerləşən evlərin birində hovuzda üzərkən boğularaq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Gündəm İQTİSADİYYAT

Azərbaycan qeyri-neft-qaz ixracını 17 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. “Əks-səda” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir. Təkcə iyunda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 18,2 % […]

Gündəm Sosial

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsini nəzərdə tutub. “Əks-səda” xəbər verir ki, bu barədə DSMF məlumat yayıb. Qeyd olunub ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Gündəm Idman

UEFA Avropa Liqası: İslandiyanın “Vestri” klubu “Qarabağ” üçün 100 bilet ayırıb

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyada “Vestri”nin qonağı olacaq “Qarabağ”a 100 bilet ayrılıb. “Əks-səda” xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib. O, iyulun 14-də, saat 16:00-da çarter reysi ilə birbaşa İslandiyaya yollanacaqlarını söyləyib:: “Matçdan bir gün əvvəl plana uyğun olaraq mətbuat konfransı və komandanın açıq məşqi keçiriləcək. Bizə […]

Gündəm Sosial

Birinci yarımildə 200 mindən çox şəxs aktiv məşğulluqla əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin birinci yarımilində 200,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. “Əks-səda” xəbər verir ki,, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, onlardan 82 min şəxs münasib işlərlə təmin olunub, 385 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 9,1 min […]

Dünya Gündəm

Zaporojye vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri iyulun 13-ü səhər saatlarınadək Ukraynanın Zaporojye vilayətinə 900-dən çox zərbə endirib, nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb. “Əks-səda” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib. “Ümumilikdə gün ərzində Zaporojye vilayətinin 51 yaşayış məntəqəsinə 932 zərbə endirilib, 13 nəfər, o cümlədən 1 uşaq yaralanıb”, […]

Gündəm Rəsmi

İlham Əliyev: Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq

Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət yoxdur. “Əks-səda” xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib. Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycan əhalisi dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha […]

Gündəm Idman

“Neftçi” Sloveniyadakı sonuncu yoxlama oyununa bu gün çıxacaq

Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” sözügedən ölkədə bu gün sonuncu yoxlama oyununu keçirəcək. “Əks-səda” xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv Xorvatiyanın “Osiyek” komandası ilə münasibətlərə aydınlıq gətirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da Lendava stadionunda start götürəcək. Xatırladaq ki, “ağ-qaralar” daha əvvəl Serbiya təmsilçisi “Partizan”a 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı ilə uduzub. […]

Gündəm Idman

Konor Makqreqorun texniki nokautla uduzduğu döyüşdən qazancı 15 milyon dollardan çox olub

Mütləq Döyüş Çempionatının (UFC) iki çəkidə keçmiş çempionu Konor Makqreqor UFC 329-da Maks Holloueyə qarşı döyüş üçün 15,04 milyon dollar alıb. “Əks-səda” xəbər verir ki, bu barədə “The Sportster” məlumat yayıb. İddiaya görə, ABŞ-dən olan M.Hollouey isə 5,08 milyon dollar qazanıb. 37 yaşlı Makqreqor sözügedən qarşılaşmada texniki nokautla uduzub. O, döyüşün ilk dəqiqələrində rəqibinə zərbə endirməyə […]

Dünya Gündəm

Avropada ekstremal istilərdən azı 10 min insan həlak olub

İyunun ikinci yarısında azı 10 min nəfər Avropada qeydə alınan anomal yüksək temperaturların qurbanı ola bilər. “Əks-səda” xəbər verir ki, bu, Avropanın ölüm hallarının monitorinqi mərkəzinin məlumatlarından məlum olur. Təqdim olunan məlumata görə, 2026-cı ilin 26-cı həftəsi ərzində Avropa ərazisində izafi ölüm göstəricisi bütün yaş kateqoriyaları üzrə 10 min nəfər həddini ötüb. Ən həssas qrup 65 […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.