Year: 2026

Gündəm Hadisə Ölkə

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

Salyanda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var. Əks-səda xəbər verir ki, avtoqəza rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hadisədə bir nəfər ölüb. Qəza nəticəsində dörd nəfər – Neftçala rayon sakinləri – 1954-cü il təvəllüdlü Atakişi Sabir oğlu Hüseynov, Mələysuma Şahbaz qızı Hüseynova (1957), Günel Atakişi qızı Məlikova (1981) və […]

Gündəm KriminaI Ölkə

Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb

Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Bakıda, eləcə də Gəncə və Sumqayıt şəhərlərində keçirilən tədbirlərlə Orxan Quliyev, Məhərrəm […]

Dünya Gündəm Siyasət

Danimarka Ukraynaya F-16 qırıcı təyyarələri üçün 50 min döyüş sursatı verib

Danimarka Ukraynaya F-16 qırıcı təyyarələrinin bort topları üçün 20 mm kalibrli 50 mindən çox döyüş sursatı təhvil verib. Əks-səda Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilib. “Əlavə döyüş sursatı ilə bağlı sorğuya sürətli və effektiv cavab verdiyinə görə Danimarkaya təşəkkür edirik. Belə operativlik Ukrayna hava hücumundan müdafiəsinin gücləndirilməsi və insanların […]

Dünya Gündəm Hadisə

Türkiyədə daş kömür mədənindəki partlayışda 3 nəfər ölüb

Türkiyənin Zonquldaq bölgəsinin Kilimli rayonunun Gelik qəsəbəsində özəl daş kömür mədənində baş vermiş partlayış nəticəsində 3 fəhlə ölüb, ikisi ağır olmaqla, beş nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Bildirilib ki, hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Türkiyənin ədliyyə naziri Akın Gürlek açıqlamasında bildirib ki, hadisə ilə bağlı Zonquldaq Respublika Baş Prokurorluğu […]

Cəmiyyət Manşet Ölkə

Yasamalda piyada səkisində özbaşına tikinti: Bakı Şəhər İcra Hakimiyyəti tədbir gördü

Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Əks-səda xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər görülüb. Qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkisinin zəbtinin qarşısı alınıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub. Bakı […]

Gündəm Ölkə

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan üç Azərbaycan vətəndaşının həbs müddəti daha 7 gün uzadılıb

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşları – Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun həbs müddəti növbəti dəfə 7 gün uzadılıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib. Azərbaycan vətəndaşlarının növbəti məhkəməsi oktyabrın 30-na təyin edilib. Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması […]

Gündəm Hadisə Ölkə

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. Əks-səda xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi hissəsini, magistral yolun kənarında yerləşən ərazini əhatə edir. Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Dünya Gündəm Hadisə

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi PUA zərbəsindən sonra batıb

Göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu, Komor adaları bayrağı altında üzən “Xorev” ticarət gəmisi ehtimal edilən dron zərbəsindən sonra Qara dənizdə batıb. Əks-səda “Digi24″ə istinadən xəbər verir ki, hadisə Rumıniyanın Konstantsa limanından təxminən 13 dəniz mili aralığında baş verib. Məlumata görə, gəminin göyərtəsində 13 nəfər olub: 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı. Bildirilib ki, nəticədə 1 […]

Dünya Gündəm Hadisə

Paris yaxınlığında avtomobildən atəş açılıb: 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Parisdən qərbdə yerləşən İvelin departamentinin Trapp şəhərində bir kişi avtomobildən yoldan keçənlərə atəş açıb. Əks-səda xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər ciddi xəsarətlər alıb. Qurbanların sayının artacağı gözlənilir. Polis atəş açan şəxsi Kuanyer kommunasında (Rambuye dairəsi) həbs edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.