Year: 2026

Gündəm KriminaI Ölkə

Zaqatalada silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxs həbs olunub

Zaqatala rayonunda silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxs həbs olunub. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb. […]

Dünya Gündəm Hadisə

Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib. Əks-səda “Arab News”a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat yayıb. “HHM qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib”, – o, “X” sosial şəbəkəsində yazıb. […]

Dünya Gündəm Hadisə

Tayvan sahillərində iki zəlzələ baş verib

Oktyabrın 24-nə keçən gecə Tayvanın şərq sahillərində 5 və 4,8 maqnitudalı iki zəlzələ baş verib. Əks-səda Tayvanın Mərkəzi Meteorologiya İdarəsinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 04:48 və 04:58-də (Bakı vaxtı ilə 00:48 və 00:58-də) qeydə alınıb. Birinci zəlzələnin episentri Hualyan şəhərindən 31 km şərqdə dənizdə, ocağı isə 15,4 km dərinlikdə yerləşib. İkinci […]

Dünya Gündəm Hadisə

Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək

Fransada 24 oktyabrda keçirilməsi planlaşdırılan yeni kütləvi etiraz aksiyaları ilə əlaqədar hakimiyyət orqanları 70 min polis və jandarmı cəlb etmək niyyətindədir. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, xüsusən də qiymət artımına qarşı çıxış edən “Sarı jiletlilər” hərəkatı nümayişlərdə iştirak etməyə çağırıb. Təşkilatçılar qarşıdan gələn etirazları “ikinci akt” adlandırıblar. Fransanın daxili işlər naziri Loran Nünyes bildirib ki, […]

Dünya Gündəm Hadisə

ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) podratçısı İan Brinksmanı milli müdafiəyə aid məxfi məlumatları “Substack” platformasında materiallar dərc edən sevgilisinə qanunsuz ötürməkdə ittiham edərək saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə ABŞ-nin Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, 42 yaşlı Brinksman 2020-ci ildən Amerikanın dövlət qurumlarından birində işləyib, 2022-ci ildən isə […]

Dünya Gündəm Hadisə

Britaniyada yeniyetmə siyasətçini tənqid edən paylaşımlara görə saxlanılıb

Britaniyanın Uolsol şəhərində polis Mühafizəkarlar Partiyasından olan yerli siyasətçi Saymon Bennetin ünvanına istehza və təhqirlər ehtiva edən sosial şəbəkə paylaşımlarına görə 15 yaşlı yeniyetməni saxlayıb. Əks-səda “New York Post”a istinadən xəbər verir ki, “Reform UK” Partiyasını dəstəkləyən yeniyetmə Bennetin redaktə edilmiş şəklini yayımlayaraq ona dovşan qulaqları çəkib. Şəkil bu qeydlə paylaşılıb: “Xırt-xırt… Eşidirsiniz? Bu, Vulverhempton mühafizəkarlarının […]

Dünya Gündəm Hadisə

BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb

BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb. Əks-səda xəbər verir ki, bu barədə əmirlik hökumətinin məlumatında deyilir. Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbir kimi qəbul edilib. Müvafiq xidmətlər lazımi tədbirləri gördükdən və onun ərazisində olmağın təhlükəsizliyini təsdiqlədikdən sonra […]

Dünya Gündəm Siyasət

Tramp İrana qarşı yeni hərbi əməliyyatı istisna etməyib

ABŞ Prezidenti Donald Tramp Tehranın fikir ayrılıqlarının nizamlanması üzrə Vaşinqtonun şərtləri ilə razılaşmayacağı halda, İrana qarşı yeni hərbi əməliyyatın keçirilməsini istisna etməyib. Əks-səda “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu Amerika lideri Florida ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib. Tramp xatırladıb ki, 2025-ci ilin iyununda Amerika silahlı qüvvələri “Gecəyarı çəkici” əməliyyatını həyata keçirib və […]

Dünya Gündəm Hadisə

Türkiyədə baş verən ağır qəzada dörd nəfər ölüb, bir nəfər yaralanıb

Türkiyənin şimalındakı Çankırı şəhərində ağır avtomobil qəzası baş verib, dörd nəfər ölüb. Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, şəhər istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməsini itirməsi nəticəsində avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü Rəcəb Yazıçı (74) və sərnişinlər – Aişə Öztürk (56), Fatma Duman (74) və Kibar Yılmaz həlak olublar. Yaralanan bir nəfər isə […]

Dünya Gündəm Siyasət

Donald Tramp İrandan sonra Kuba ilə “məşğul olmaq” niyyətindədir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrana qarşı fəaliyyətləri başa çatdırdıqdan sonra Kuba ilə “məşğul olmaq” niyyətindədir. Əks-səda xəbər verir ki, Tramp bu barədə Florida ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib. Tramp qeyd edib ki, onun administrasiyası ABŞ silahlı qüvvələrinə rekord məbləğdə – 1 trilyon dollar yönəldib. “Dünyada ən yaxşı hərbi texnika bizdədir. Siz bunu […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.