Year: 2026

Dünya Gündəm Hadisə

SEPAH: Hörmüz boğazında dəniz minasına çırpılan iki tankerdə partlayış baş verib

Hörmüz boğazının cənub sahilində iki tanker dəniz minasına çırpılıb. Əks-səda xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. Bildirilib ki, qaydaları pozaraq Hörmüz boğazının cənub marşrutundan keçməyə çalışan iki supertanker dəniz minasına çırpılıb və partlayış baş verib. Gəmi heyətinin hadisədən sonra göyərtəni tərk etdiyi vurğulanıb. Qeyd olunub ki, tankerlər ümumilikdə 4 […]

Gündəm Idman Ölkə

Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir

Bakıda FIFA U-15 dünya çempionatı və festivalına bu gün start veriləcək. Əks-səda xəbər verir ki, yarışın ilk günündə 92 matç keçiriləcək. Azərbaycan komandası saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığması ilə üz-üzə gələcək. Bu qarşılaşmadan əvvəl isə eyni məkanda yarışın rəsmi açılış mərasimi təşkil olunacaq. Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak […]

Dünya Gündəm Hadisə

Belçikada baş verən fırtınada dörd nəfər xəsarət alıb

Belçikada “Ostin” fırtınası nəticəsində dörd nəfər xəsarət alıb. Əks-səda “DH” qəzetinə istinadən xəbər verir ki, güclü külək ağacları aşırıb və müxtəlif konstruksiyaları zədələyib ki, bu da ictimai nəqliyyatın işində çoxsaylı axsamalara səbəb olub. Şəhərətrafı qatarların hərəkətində də əhəmiyyətli gecikmələr qeydə alınıb. “Ostin” fırtınası oktyabrın 23-də günün ikinci yarısında Belçikanın bütün ərazisini əhatə edib. Küləyin sürəti 110 […]

Gündəm Hadisə Ölkə

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. Əks-səda xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib. Faktla bağlı araşdırma başlanılıb.

Gündəm Hadisə Ölkə

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var

Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunda soyuducu anbarda baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə rayonun İbadulla kəndində qeydə alınıb. Məlumata görə, kənddəki soyuducu anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb. Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova ölüb, […]

Dünya Gündəm İQTİSADİYYAT

İranda ən böyük Günəş Elektrik Stansiyasının tikintisi başa çatıb

İranın ən böyük Balman Günəş Elektrik Stansiyası gündə 1 800 meqavat-saat elektrik enerjisi istehsal edir. Əks-səda xəbər verir ki,İranın ən böyük günəş elektrik stansiyası gücünün artırılması başa çatdıqdan sonra gündəlik 1 800 meqavat-saat elektrik enerjisi istehsalı gücünə çatıb. Beş ay əvvəl ilkin olaraq 130 meqavat güclə istismara verilən stansiyanın hazırkı istehsal gücü 277 meqavata çatıb. Stansiya […]

Dünya Gündəm Hadisə

İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb

İordaniyanın cənubunda yerləşən Hamud kəndindəki kilsədə silahlı insident baş verib. Əks-səda “Al Arabiyya”ya istinadən xəbər verir ki, iki silahlı şəxs yas mərasiminin iştirakçılarına atəş açaraq, hadisə yerindən qaçıb. Silahlı hücum nəticəsində azı 7 nəfər ölüb. Hadisəni törədənlər polis tərəfindən axtarışdadır.

Gündəm KriminaI Ölkə

Göyçayda evlərdən 24 min manat oğurlanıb

Göyçayda evlərdən 24 min manat oğurlanıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artıq pulu və 2500 manat dəyərində məişət əşyalarını talayaraq ələ keçiriblər. Polisin keçirdiyi tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən R.Ağayev və qayınatası R.Dadaşov saxlanılıb. Faktla bağlı cinayət […]

Gündəm Ölkə Siyasət

Almaniya səfiri Sumqayıt Sənaye Parkında olub

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkında Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüş keçirilib. Əks-səda xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Görüşdə sənaye zonalarında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında investorlar üçün yaradılmış şərait, tətbiq olunan vergi və gömrük güzəştləri, […]

Cəmiyyət Gündəm Ölkə

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Yağıntılarla əlaqədar bəzi çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.