Year: 2026

Gündəm Mədəniyyət və Incəsənət Ölkə

Kino Agentliyi: “44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi “44” bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib. Əks-səda xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilib ki, seanslar zamanı mobil telefon və ya digər cihazlarla filmin çəkilməsi, görüntülərin icazəsiz qeydə alınması və yayılması yolverilməzdir: “Bu cür hərəkətlər filmin istehsalçısına, yaradıcı heyətə və filmi izləməyə gələn digər tamaşaçılara qarşı hörmətsizlikdir. […]

Cəmiyyət Gündəm Ölkə

Bakıda 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilib

Bakının Sabunçu qəsəbəsində Mehdi Hüseynzadə küçəsinin Yeni Ramana küçəsi ilə kəsişməsindən 68 nömrəli məktəbin qarşısınadək olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyatı vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata əsasən, məhdudiyyət səbəbindən 49 nömrəli marşrutun son dayanacaq […]

Gündəm Idman Ölkə

UEFA Çempionlar Liqası: “Sabah” – “Borussiya” oyununa satılan biletlərin sayı açıqlanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq “Sabah” – “Borussiya” (Dortmund, Almaniya) oyununa satılan biletlərin sayı açıqlanıb. Əks-səda xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, paket satışlar da daxil olmaqla, qarşılaşma üçün 56 000 bilet öz sahibini tapıb. Alman klubunun azarkeşləri isə indiyədək 1 715 bilet alıblar. Qeyd edək ki, […]

Dünya Gündəm Hadisə Siyasət

Avstraliyada deputat avtomobillə qəsdən vurulub

Avstraliyada müstəqil deputat Helen Heyns Melburndan şimal-şərqdə, Vanqaratta şəhərindəki ofisinin yaxınlığında avtomobil sürücüsünün onu qəsdən vurması nəticəsində yaralanıb. Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Viktoriya ştatının polisi və Avstraliyanın Baş naziri Entoni Albaneze məlumat verib. Polisin məlumatına görə, hadisədən sonra 43 yaşlı şübhəli şəxs saxlanılıb. Baş vermiş hadisənin təfərrüatları araşdırılır. Mətbuat konfransında çıxış […]

Dünya Gündəm Hadisə

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 9-a çatıb

Türkiyənin İstanbul və Kocaeli şəhərlərində aramsız yağışlar səbəbindən baş verən sel fəlakətindən ölənlərin sayı 9-a çatıb. Əks-səda xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bildirilib ki, axtarışları davam edən daha bir nəfərin nəşi sel sularından çıxarılıb, bununla da ölənlərin sayı 9-a yüksəlib. Hazırda daha bir itkin şəxsin axtarışları davam etdirilir. Xatırladaq ki, artıq bir neçə […]

Cəmiyyət Gündəm Ölkə

Sabah Azərbaycanın rayonlarında yağışlı hava gözlənilir

Bakıda və Abşeron yarımadasında oktyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 20-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan […]

Gündəm Hadisə Ölkə

İsmayıllıda zəlzələ olub

İsmayıllı rayonunda zəlzələ olub. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində – Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss […]

Gündəm Hadisə Ölkə

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də 3,5 maqnitudada qeydə alınıb.

Gündəm Ölkə Rəsmi Siyasət

Anar Bayramov səhiyyə naziri təyin edilib

Anar Bayramov səhiyyə naziri təyin edilib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb. Qeyd edək ki, dövlət başçısının Fərmanına əsasən TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək, baş nazirin müavini təyin edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.