Year: 2026

Cəmiyyət Gündəm Ölkə Rəsmi Sağlamlıq

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Əks-səda xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşacaq. TƏBİB dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini […]

Dünya Gündəm Hadisə

İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanılıb

İtaliyanın Milan şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə gün davam edən iğtişaşlar zamanı 160 nəfəri saxlayıb. Əks-səda xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti İctimai Asayiş Departamentinə istinadən məlumat yayıb. Departamentin məlumatına görə, saxlanılanların təxminən 80 %-i yetkinlik yaşına çatmayanlardır. Milandakı iğtişaşlar tələbə nümayişləri, artan yaşayış xərclərinə və yanacaq qiymətlərinə qarşı etirazlar fonunda üçüncü […]

Dünya Gündəm Hadisə

SEPAH: Hörmüz boğazında tanker minaya düşüb

Hörmüz boğazının cənub hissəsində tanker dəniz minasına düşüb, bundan sonra mühərrik bölməsində partlayış və yanğın olub. Əks-səda xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bildirilir ki, gəmi cənub marşrutu ilə boğazdan icazəsiz çıxmağa cəhd edib, naviqasiya və yerləşmə sistemlərini sıradan çıxarıb, müəyyən edilmiş qaydalara məhəl qoymayıb. SEPAH […]

Dünya Gündəm Hadisə

Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb

Liviyanın qərbindəki Əz-Zaviyə şəhərində hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə “Libya Press” portalı məlumat yayıb. Məlumata görə, partlayış Əl-Harşa bölgəsindəki “Radar” düşərgəsində təlim zamanı baş verib. Həlak olanlar Təhlükəsizlik Təhdidləri əleyhinə Xidmətin rəisi Məhəmməd Bəhrunun tabeliyindəki bölmələrin əməkdaşlarıdır. Portal bildirib ki, Bəhrunun nəzarəti altında olan həbsxanalara rəhbərlik edən […]

Dünya Gündəm İQTİSADİYYAT Siyasət

Türkiyə Moskva – Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Moskva və Vaşinqton arasındakı müqavilə çərçivəsində Rusiyanın qlobal bazarlara tədarük etdiyi dizel yanacağının bir hissəsini alacaq. Əks-səda xəbər verir ki, Türkiyənin energetika naziri Alparslan Bayraktar bu barədə “Haber 7” telekanalında bildirib. O, bu müqavilənin ölkənin enerji təhlükəsizliyi üçün çox vacib olduğunu vurğulayıb. “Rusiya son aylar bu problemlə qarşılaşmağa başlayanda dizel yanacağı ixracına məhdudiyyətlər qoyub. İndi […]

Dünya Gündəm Hadisə

Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib

Türkiyənin Bursa vilayətində 100 nəfər qidadan zəhərlənib. Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Məlumata görə, hadisə İnegöl rayonunda keçirilən dini mərasimdə qeydə alınıb. Tədbirdən təxminən üç saat sonra mərasimin bəzi iştirakçıları zəhərlənmə əlamətləri olan ürəkbulanma və qusma hiss etməyə başlayıblar. Zərərçəkənlər İnegöl Dövlət Xəstəxanasına yerləşdiriliblər. Qeyd edilir ki, sakinlərin və ətraf ərazilərdən […]

Dünya Gündəm Siyasət Texnologiya

İran ABŞ-nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

İran ABŞ istehsalı olan 14 tonluq GBU-57 aviabombası üçün texnologiyaya malikdir. Əks-səda IRIB-ə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmməd Rza Nəqdi bu açıqlamanı İranın Mazandaran əyalətində keçirilən hərbi təlimlərin bağlanış mərasimində verib. O, ABŞ-nin bu sursatdan 12 günlük müharibə zamanı istifadə etdiyini, lakin bombanın bir hissəsinin partlamadığını və İran […]

Dünya Gündəm Idman

İngiltərə Premyer Liqasında son doqquz ildə ən uzun məsafədən qol vurulub

“Brayton”un paraqvaylı yarımmüdafiəçisi Dieqo Qomes 2017-ci ildən bəri İngiltərə Premyer Liqasında (EPL) ən uzun məsafədən qol vurub. Əks-səda bu barədə “Opta” statistika portalına istinadən xəbər verir. “Brayton” bazar günü İngiltərə Premyer Liqasının VII turunda “Kristal Pelas”ı 5:0 hesabı ilə darmadağın edib. Qomes matçın yeddinci dəqiqəsində meydanın orta xəttindən 51 metr məsafədən qol vurub. 2017-ci ilin noyabrında […]

Dünya Gündəm Texnologiya

İran 2027-ci ildə yerli qırıcı təyyarəsini sınaqdan keçirmək niyyətindədir

İran 2027-ci ildə yerli istehsal olan ağır qırıcı təyyarəsinin uçuş sınaqlarını keçirməyi planlaşdırır. Əks-səda IRIB-ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının yeni müdafiə naziri Mehrdad Əxlaqi Kitabçi xəbər verib. “Ümid edirəm ki, İran İslam Respublikasının ağır qırıcı təyyarəsi gələn il səmaya qalxacaq”, – müdafiə naziri deyib. Onun sözlərinə görə, 2026-cı ildə sükan və yerüstü […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.