Year: 2026

Dünya Gündəm Hadisə

Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var

Yəmənin husi üsyançıları tərəfindən atılan mərminin Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərinin yaşayış məntəqəsinə düşməsi nəticəsində altı nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “Saudi Press Agency” (SPA) Mülki Müdafiə İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb. “Husi terror qruplaşması tərəfindən atılan düşmən mərmisinin yaşayış məntəqəsinə dəyməsi nəticəsində altı nəfər yaralanıb, üç evə və üç avtomobilə ziyan dəyib”, […]

Gündəm Ölkə Siyasət

Ərdoğan: Qardaşım İlham Əliyevə kədər və sevincdə hər zaman bir olduğumuzu çatdırıram

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Əks-səda xəbər verir ki, Türkiyə Prezidenti bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib. “Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətimin adından səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Prezidenti qardaşım İlham Əliyevə, kədər və sevincdə hər zaman bir olduğumuz Azərbaycan türkü qardaşlarıma salamlarımı […]

Gündəm Hadisə Ölkə

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Əks-səda xəbər verir ki, hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, “Hyundai”, “Audi” və iki “Kia” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci il təvəllüdlü Aysel Zeynalova, Gülyanaq Hacıyeva, 1983-cü il təvəllüdlü Zənibə Seyidova, 2008-ci il təvəllüdlü Sadiq Həsənzadə və Ülvi Quliyev xəsarət alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar. […]

Dünya Gündəm Sağlamlıq

Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib

Konqo Demokratik Respublikasının (KDR) səhiyyə orqanları Ebola qızdırmasının ölkənin səkkizinci əyalətinə yayıldığını təsdiqləyiblər. Əks-səda xəbər verir ki, bu barədə KDR-in Səhiyyə Nazirliyinin tabeliyində olan İctimai Səhiyyə İnstitutu məlumat yayıb. Şimali Ubangi əyalətində Ebola infeksiyasına iki yoluxma halının aşkarlandığı, yoluxanlardan birinin öldüyü qeyd edilib. Şimali Ubangi əyaləti Konqo Demokratik Respublikasının şimal-qərbində yerləşir. Sentyabrda Ebolaya yoluxma hallarının aşkarlandığı […]

Cəmiyyət Gündəm Hadisə Ölkə

Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində vətəndaşın tikilinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Əks-səda xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaş, 1985-ci il təvəllüdlü Məmmədov […]

Dünya Gündəm Hadisə

Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatıb

Türkiyənin İstanbul və Kocaeli şəhərlərində baş verən sel, daşqınlar nəticəsində həyatını itirənlərin sayı artıb. Əks-səda xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, seldə itkin düşən Türkmənistan vətəndaşı Murad Babacanovun meyiti tapılıb. Həmçinin Kocaelidə də bir nəfərin meyiti 13 saat davam edən axtarışlardan sonra tapılıb. Bununla da ölənlərin sayı 6-ya çatıb. Bölgədə itkin […]

Dünya Gündəm Hadisə

Fransadan sonra İtaliyada da etirazlar iğtişaşlara çevrilib, 200-dək insan saxlanılıb

Fransadan sonra İtaliyada da bahalaşmaya, yanacaq qiymətlərinə və vergilərə qarşı başlayan etirazlar iğtişaşlara çevrilib. Əks-səda yerli mətbuata istinadən xəbər verir ki, Milanda qara geyimli gənclər hüquq-mühafizə orqanlarının əməkdaşlarına əldəqayırma yandırıcı qurğular, metal hasarlar və butulkalar atıblar. Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, lakin geri çəkilməyə məcbur olublar, bundan sonra etirazçılar […]

Dünya Gündəm Hadisə

Yunanıstanda təyyarə qəzasında iki nəfər həlak olub

Yunanıstanın şimal-şərqindəki Pieriya vilayətində birmühərrikli təyyarə qəzaya uğrayıb, hər iki pilot həlak olub. Əks-səda xəbər verir ki, bu barədə yerli “ERT-news” telekanalı məlumat yayıb. Təyyarə Pieriya aeroklubunun uçuş-enmə zolağının yaxınlığında tapılıb. Qəza nəticəsində yanğın baş verməyib. Yanğınsöndürmə xidmətinin operativ mərkəzi hadisə yerinə səkkiz yanğınsöndürən göndərib, onlar əraziyə çatdıqda təyyarənin yanında iki pilotun cəsədini aşkar ediblər. Hadisənin […]

Cəmiyyət Gündəm Ölkə

Çaylarda sel təhlükəsi, bəzi rayonlarda dolu ehtimalı var

Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. Əks-səda quruma istinadən xəbər verir ki, oktyabrın 20-də Azərbaycanın, əsasən, dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi […]

Cəmiyyət Gündəm Ölkə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Gözlənilən küləkli hava şəraiti ilə bağlı oktyabrın 19-u üçün Bakıda və Abşeron yarımadasında narıncı, bəzi bölgələrdə isə sarı xəbərdarlıq verilib. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.