Year: 2026

Dünya Gündəm Siyasət

ABŞ Konqresinə Rusiya ilə dizel yanacağı müqaviləsini bloklayan sənəd təqdim edilib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədr müavini Qreqori Miks (Nyu-York ştatının seçilən demokrat) Rusiya ilə dizel yanacağı müqaviləsinin qarşısını almağa çağıran ikipartiyalı qanun layihəsi təqdim edib. Əks-səda xəbər verir ki, bu barədə komitənin saytında verilən açıqlamada bildirilir. “Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədr müavini Qreqori Miks bu gün Rusiya ilə korrupsiyalaşmış neft müqavilələrini qadağan […]

Dünya Gündəm Hadisə

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

“Trudi” qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və sahilyanı ərazilər üçün təhlükə yaradacaq. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, Meksika rəsmiləri və ABŞ-nin Milli Qasırğaları İzləmə Mərkəzi siklonun yaxınlaşması ilə əlaqədar təhlükə barədə xəbərdarlıq ediblər. Oktyabrın 17-də axşam qasırğanın Xalisko və Kolima ştatlarının sahilləri […]

Dünya Gündəm Sağlamlıq

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Əks-səda xəbər verir ki, bu barədə “Xinhua”məlumat yayıb. Xəstələnən şəxs daha əvvəl aşkarlanmış iki pasiyentin yaxın qohumu olan 65 yaşlı qadındır. Nazirliyin bəyanatına görə, qadın oktyabrın 6-dan karantindədir.

Dünya Gündəm Siyasət

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Gələn il Ukraynaya müdafiə, silahlanma və dayanıqlığının təmin edilməsi üçün Avropa İttifaqından (Aİ) ən azı 70 milyard avro əlavə dəstək lazım olacaq. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalındakı paylaşımında bildirib. “2027-ci ildə müharibə 155 milyard avroya başa gələcək. Və sizdən bizə əlavə olaraq ən azı 70 milyard avro lazımdır: müdafiəyə, silaha […]

Dünya Gündəm Ölkə Siyasət

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. Əks-səda xəbər verir ki, o bu barədə “X” sosial media hesabında yazıb. C.Çiftçi paylaşımlarının Azərbaycan xalqında inciklik yaratdığına görə peşmanlığını ifadə edib: “Etdiyim paylaşımların qardaş Azərbaycan xalqında inciklik və məyusluq yaratmasına görə peşmanam. İstifadə etdiyim ifadələrin məqsədimi aşmasına […]

Dünya Gündəm Texnologiya

Ukrayna yaxın vaxtlarda İsveçdən “Gripen” qırıcı təyyarələrinin tədarükünü gözləyir

Ukrayna yaxın vaxtlarda İsveçin “Gripen” qırıcı təyyarələri almağı gözləyir. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb. Təyyarələrin tədarükü məsələsi Zelenskinin İsveçin Baş naziri Ulf Kristerssonla görüşündə müzakirə olunub. Onun sözlərinə görə, tərəflər həmçinin Rusiya hücumlarından qorunmaq üçün Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi ehtiyaclarını müzakirə ediblər. “Gripen qırıcı təyyarələri üzrə əldə […]

Dünya Gündəm Hadisə Siyasət

İtaliyada tələbə nümayişləri keçirilib

İtaliyanın bir neçə şəhərində tələbə nümayişləri keçirilib, iştirakçılar təhsilin maliyyələşdirilməsini artırmağı və silahlanma xərclərini azaltmağı tələb ediblər. Əks-səda İtaliya mediasına istinadən xəbər verir ki, etirazlar Turində bir neçə gün davam edən məktəblərin zəbt olunması və toqquşmalardan sonra baş verib. Həmin hadisələr zamanı maskalı gənclər məktəb binalarına ziyan vurub, pəncərələri sındırıb və yanğınsöndürən balonlardan istifadə ediblər. Şəhərdə […]

Gündəm Hadisə Ölkə

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı özuqaldıran yuk avtomobili idarəetməni itirərək aşıb və 1 nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrdən […]

Dünya Gündəm Hadisə

CAR-da 200-ə yaxın insan zəncirdə saxlanıldıqları reabilitasiya mərkəzindən xilas ediliblər

Cənubi Afrika Respublikasının (CAR) Mpumalanqa əyalətindəki gizli reabilitasiya mərkəzindən 200-ə yaxın insan xilas edilib. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları və sosial xidmətlər gizli mərkəzin ləğv edilməsi üçün genişmiqyaslı xüsusi əməliyyat keçiriblər. Qeyri-insani şəraitdə saxlanılan təxminən 30 qadın və yetkinlik yaşına çatmayan şəxs də daxil olmaqla, 200-ə yaxın insan qanunsuz əsirlikdən azad edilib. Qeyd […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.