Year: 2026

Dünya Gündəm Hadisə

Rusiyanın Xersona endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb

Xersonun (Ukrayna) Rusiya Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 1 nəfər ölüb, daha 21 nəfər, o cümlədən iki uşaq yaralanıb. Əks-səda “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Xerson vilayəti polisinin məlumatında bildirilib. Qurumun məlumatına görə, Rusiya qoşunları şəhərə dörd idarəolunan aviabomba ilə zərbə endirib. “Güclü partlayışlar ən azı 15 çoxmərtəbəli binaya, uşaq bağçasına, mağazaya və […]

Cəmiyyət Gündəm KriminaI Ölkə

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Oktyabrın 16-da polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Cəmiyyət Gündəm Ölkə

Bazar günü temperatur Bakıda 28, rayonlarda 31 dərəcəyə çatacaq

Azərbaycanda oktyabrın 18-də 31 dərəcə isti gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 760 mm […]

Dünya Gündəm Hadisə

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. Əks-səda xəbər verir ki, bu barədə “Al Jazeera” Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatına görə, hadisə ötən gün baş verib. Ekipajın bütün üzvləri təxliyə ediliblər. Qeyd olunub ki, hadisə nəticəsində ətraf mühit üçün mənfi nəticələr […]

Dünya Gündəm Hadisə

Pakistanın qərbində 5,6 maqnitudalı zəlzələ olub

Bu gün səhər saatlarında Pakistanın Bəlucistan əyalətində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə “İnterfaks” Almaniya Geoelmlər Araşdırma Mərkəzinə (GFZ) istinadən məlumat yayıb. “Zəlzələnin ocağı Xuzdar dairəsində təxminən 10 km dərinlikdə yerləşib”, – mərkəzdən bildirilib. Bölgədə 14,9 milyondan çox insan yaşayır. Dağıntılar barədə məlumat daxil olmayıb.

Cəmiyyət Gündəm Ölkə

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. Əks-səda bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 771 milyon 305,6 min […]

Dünya Gündəm Hadisə

Səudiyyə koalisiyası Yəməndə husilərin iki raket qurğusunu məhv edib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya Yəmənin şimalındakı Səədə əyalətində husilərin iki ballistik raket buraxılış qurğusunun məhv edildiyini bildirib. Əks-səda xəbər verir ki, bu barədə Yaxın Şərq mediası məlumat yayıb. Bildirilib ki, husilərin mövqelərinə zərbə ötən gecə endirilib. Eyni vaxtda Səudiyyə Ərəbistanının Xamis-Muşayt və Abha şəhərlərində hava həyəcanı elan edilib. Yaxın Şərq mediasında həmçinin qeyd olunub […]

Dünya Gündəm Hadisə

Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb

Meksikanın Aşağı Kaliforniya ştatının Sakit Okean sahillərində gəminin batması nəticəsində 11 nəfər itkin düşüb. Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Məlumata görə, ABŞ-nin Sahil Mühafizəsi gəmidən 16 nəfəri xilas edib. Gəmi Ensenadadan təxminən 225 kilometr qərbdə batıb. Meksika konsulluğunun məlumatına görə, xilas edilənlər Meksika vətəndaşlarıdır. Xilas edilənlərdən birini köpək balığı dişləyib, daha […]

Dünya Gündəm Hadisə

İstanbulda aramsız yağışdan yaranan seldə ölənlərin sayı 5 nəfərə çatıb, itkin düşənlər var

Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 5-ə çatıb. Əks-səda xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, daha 4 nəfər itkin düşüb. Daxili işlər naziri Mustafa Çiftçi itkin düşənlərdən birinin sağ tapıldığını açıqlayıb. Qeyd edək ki, artıq bir neçə gündür, Türkiyənin bəzi şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlara […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.