Hindistanda ayaqqabı fabrikində yanğın olub, 4 nəfər ölüb
Hindistanın Dehli şəhərində ayaqqabı fabrikində baş verən güclü yanğın nəticəsində azı 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Əks-səda yerli mediaya istinadən xəbər verir ki, yanğın Manqolpuri sənaye zonasında yerləşən müəssisənin zirzəmisində yaranıb. Binadan huşsuz vəziyyətdə tapılan 6 nəfər xəstəxanaya çatdırılıb. Onlardan 4-ü ölüb, 2-si isə həkimlərin nəzarəti altındadır. Hadisə yerinə 20-dən çox yanğınsöndürmə briqadası cəlb edilib. […]











