Year: 2026

Gündəm KriminaI Ölkə

Ötən gün polis əməkdaşları tərəfindən silah-sursat aşkarlanıb

Polis tərəfindən oktyabrın 30-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 tüfəng, 1 patron darağı və 238 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Dünya Gündəm Hadisə

İran ABŞ-nin Keşm adası yaxınlığında iki balıqçı gəmisinə hücum etdiyini bildirib

ABŞ İranın Keşm adası yaxınlığında iki balıqçı gəmisinə hücum edib, nəticədə 2 balıqçı itkin düşüb, 1 nəfər isə yaralanıb. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İranın “IRIB” dövlət teleşirkəti bildirib. Mövcud məlumatlara görə, hadisə oktyabrın 31-i baş verib. ABŞ tərəfi hələlik hücumla bağlı məlumatı təsdiqləməyib.

Dünya Gündəm Hadisə

Hindistanda kişi məktəblilərə motorlu mişarla hücum edib, 2 nəfər yaralanıb

Hindistanın Andxra-Pradeş ştatında bir kişi məktəbin sinif otağına daxil olaraq 2 şagirdi motorlu mişarla yaralayıb. Əks-səda “The Indian Express” nəşrinə istinadən xəbər verir ki, hadisə Anantapur dairəsindəki məktəbdə baş verib. Yaralılardan birinin 15 yaşı var. Qız boyun və qarın nahiyəsindən dərin yaralar alıb, onun sağ əli demək olar ki, kəsilib. İkinci şagird isə hücum edənin qarşısını […]

Dünya Gündəm Hadisə

İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb

İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar. Əks-səda “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında bildirilib. İnsident oktyabrın 30-u ölkənin şimalında baş verib. İordaniya Silahlı Qüvvələri Baş Komandanlığındakı mənbənin məlumatına görə, silahlı qrup intensiv atəş altında sərhədi keçməyə cəhd edib və sərhədçilərlə […]

Cəmiyyət Gündəm Ölkə

ADY: Bakı–Tbilisi–Bakı qatarında sərnişin yerlərinin sayı 564-ə çatdırılır

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçirməsi nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılır. Əks-səda bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, bu, 50 %-ə yaxın artım deməkdir. Yeni reyslərin istifadəyə verilməsi sayəsində sərnişinlər üçün daha […]

Cəmiyyət Gündəm Ölkə

Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb

Noyabrın 1-i Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə […]

Dünya Gündəm Hadisə

Hindistanda beş ulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb

Hindistanın Benqaluru şəhərində yerləşən “Conrad” beşulduzlu hotelinin hovuzunda 2 əcnəbinin elektrik cərəyanı vurması nəticəsində öldüyü ehtimal edilir. Əks-səda “NDTV”yə istinadən xəbər verir ki, hadisə cümə günü axşam saatlarında hotelin üçüncü mərtəbəsində yerləşən hovuzda baş verib. Ölənlər Almaniya və Slovakiya vətəndaşları idilər. Onların hər ikisi hoteldə qalırdı. Zərərçəkənləri xilas etməyə çalışan daha iki nəfər xəsarət alıb. Onların […]

Dünya Gündəm Hadisə

Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub. Əks-səda “Haberglobal”a istinadən xəbər verir ki, Hakkari vilayətinin Yüksekova rayonunda sərhəd pozuntusu ilə bağlı əməliyyatda güllə yarası alan əsgər Yusuf Sair Ünlü şəhid olub. Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, oktyabrın 31-də 7-ci Sərhəd Briqadasının Hakkarinin Yüksekova rayonunda sərhəd pozuntusu hadisəsinə müdaxilə zamanı açılan atəşdən yaralanan silahdaş, müqaviləli […]

Gündəm KriminaI Ölkə

Ötən gün axtarışda olan 129 nəfər tutulub

Ötən gün polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Gündəm Hadisə Ölkə

Maştağada avtomobil velosipedçini vuraraq öldürüb

Bakıda avtomobil velosipedçini vuraraq öldürüb. Əks-səda xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Ədalət Bədəlov idarə etdiyi “VAZ 2109” markalı avtomobillə velosipedçi Ülfət Hüseynovu vurub. Nəticədə velosipedçi ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.