Year: 2026

Dünya Gündəm KriminaI

Türkiyədə narkotik əməliyyatı keçirilib, 20 nəfər saxlanılıb

Türkiyədə Bingöl baş prokurorluğunun koordinasiyası ilə vilayət polis idarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən Bingöl mərkəzli olmaqla 4 vilayətdə eyni vaxtda əməliyyat keçirilib. Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, əməliyyata 70 qrup, 3 xüsusi təyinatlı dəstə, 350 əməkdaş, 2 pilotsuz uçuş aparatı və 5 narkotik axtarış iti cəlb olunub. Ümumilikdə 35 ünvanda axtarış aparılıb. Əməliyyat […]

Dünya Gündəm Siyasət

Lavrov: Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq

Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq. Əks-səda TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısının ilk gününün yekunlarına dair Atlantada keçirilən mətbuat konfransında bildirib. “Amerikalılar klassik diplomatiya qaydalarına əməl edirlər. Münasibətlərdə hansı problemlərin olmasından asılı olmayaraq, Rusiya ilə ABŞ arasında problemlər […]

Dünya Gündəm Siyasət

Polşada Konstitusiya Tribunalının sədri və müavini vəzifələrindən kənarlaşdırılıb

Polşada Konstitusiya Tribunalının sədri və müavini bir ay müddətinə vəzifələrindən kənarlaşdırılıb. Əks-səda Polşa Mətbuat Agentliyinə (PAP) istinadən xəbər verir ki, ölkənin Konstitusiya Tribunalının saytında qurumun sədri Boqdan Sventyçkovski və onun müavini Barтоş Soxanskinin bir ay müddətinə xidməti vəzifələrini icra etməkdən müvəqqəti kənarlaşdırılması barədə məlumat yerləşdirilib. Bu müddətdə tribunala qurumda ən uzun iş stajına malik hakim Anna […]

Gündəm Hadisə Ölkə

Tovuzda idarəetmədən çıxan avtomobil kanala aşıb, yaralılar var

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə rayonun Alakol kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb. Qəzada yaralanan dörd nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı […]

Manşet Mədəniyyət və Incəsənət Ölkə Rəsmi

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Heydər Əliyev Mərkəzində “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalının rəsmi açılışı olub. Əks-səda xəbər verir ki, festivalın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər. Heydər Əliyev Mərkəzində “Art Weekend”in açılışı çərçivəsində bir neçə sərgi təqdim olunub. […]

Idman Manşet Ölkə Rəsmi

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib. Əks-səda xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub. Dövlətimizin başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.

Dünya Gündəm Hadisə

Husilər Ədən hava limanına və prezident sarayına zərbələr endirib

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri ölkənin müvəqqəti paytaxtı Ədən şəhərindəki beynəlxalq hava limanına və Əl-Maaşiq prezident sarayına ballistik raketlərlə hücum edib. Əks-səda xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, polkovnik Macid ən-Nuzeyli “X” sosial şəbəkəsində məlumat yayıb. “Husi terrorçu qruplaşması Ədən hava limanına və Əl-Maaşiq sarayına ballistik raketlərlə hücum edir”, – o bildirib. […]

Dünya Gündəm Siyasət

ABŞ diplomatlarını Səudiyyə Ərəbistanından çıxarır

ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı diplomatlarının və səfirlik əməkdaşlarının ailə üzvlərinin bir hissəsinin ölkədən çıxarılması barədə qərar qəbul edib. Əks-səda xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, 23 oktyabr 2026-cı il tarixindən etibarən ABŞ hökumətinin kritik əhəmiyyətli vəzifələrin icrasına cəlb olunmayan əməkdaşlarına, eləcə də onların ailə […]

Dünya Gündəm Siyasət

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ hakimiyyəti Ukraynaya “Patriot PAC-3” zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti və Pentaqonun xarici ölkələrə hərbi texnika satışına cavabdeh olan müvafiq qurumu məlumat yayıb. Bəyanatda vurğulanıb ki, satınalma tamamilə ABŞ-ın tərəfdaşları və müttəfiqləri tərəfindən maliyyələşdiriləcək. Tədarükə PAC-3 raketləri […]

Dünya Gündəm Hadisə

Rusiyada polis əməkdaşları yük maşını ilə toqquşmada həlak olub

Rusiyanın Kareliya Respublikasının Kondopoqa rayonunda R-21 “Kola” avtomobil yolunda baş verən yol qəzasında iki polis əməkdaşı da daxil olmaqla üç nəfər ölüb. Əks-səda TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Daxili İşlər Nazirliyindən məlumat verilib. “Qəza nəticəsində üç nəfər, o cümlədən iki polis əməkdaşı həlak olub. Polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirirmişlər”, – deyə məlumatda […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.