Year: 2026

Siyasət
Dünya Gündəm Siyasət

Sepahın xüsusi təyinatlıları Belarusda təlimlərə qatılıb

İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) quru qoşunlarının xüsusi təyinatlı bölməsi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin birgə antiterror təlimlərinə qatılmaq üçün Belarusdadır. Əks-səda İRNA-ya istinadən xəbər verir ki, bu barədə Sepahın Quru Qoşunlarının ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib. Məlumata görə, manevrlərdə İslam Respublikası Silahlı Qüvvələrini təmsil edən xüsusi təyinatlı dəstə birgə hərəkətlərin işlənib hazırlanması və təşkilatın iştirakçı […]

Cəmiyyət
Cəmiyyət Dünya Gündəm

İranda kafelərdə canlı musiqi və dicey qadağan edilib

İranın Tehran əyalətində kafelərdə qəlyan satışı, canlı musiqi konsertlərinin keçirilməsi qadağan edilib. Əks-səda İran mediasına istinadən xəbər verir ki, bu barədə Tehran əyalətinin polis rəisi Əli Rafiei bildirib. Onun sözlərinə görə, kafelər yalnız öz fəaliyyət çərçivəsində işləməlidir: “Qəlyan satışı, canlı musiqi konsertlərinin keçirilməsi, diceylərin iştirakı və qumar oyunları ilə bağlı fəaliyyətə qadağa qoyulub”. Əli Rafiei bildirib […]

Hadisə
Dünya Gündəm Hadisə

İranda son 9 ayda 70 siyasi məhbus edam edilib

İranda bu ilin yanvar ayından etibarən, son 9 ayda azı 70 siyasi məhbus edam edilib, daha 194 nəfər ölüm cəzasına məhkum olunub. Əks-səda xəbər verir ki, bu barədə İranın insan hüquqları müdafiə təşkilatları bildirib. Hüquq-müdafiə təşkilatlarının və ictimai fəalların məlumatına görə, reallıqda edam edilənlərin və ölüm hökmünə məhkum olunmuşların sayı daha çoxdur. Bu, qeydə alınmışların statistikasıdır. […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

ADB Biləcəri–Yalama dəmir yolunu modernləşdirməyə 350 milyon dollar kredit ayırıb

Asiya İnkişaf Bankı (ADB) Biləcəri və Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolunda müasir elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya sistemlərinin quraşdırılması üçün 350 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Əks-səda bu barədə ADB-yə istinadən xəbər verir. Bildirilib ki, Biləcəri–Yalama dəmir yolu xətti Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) şəbəkəsinin əsas bağlantılarından biridir və Azərbaycanın multimodal nəqliyyat, logistika […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

ADY sərnişin daşınmasını 19 % artırıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-sentyabr aylarında 8,5 milyona yaxın sərnişin daşıyıb. Əks-səda xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 8 milyon (18 % artım), rayonlararası marşrutlarla 433 min (17 % artım), […]

Sağlamlıq
Cəmiyyət Gündəm Ölkə Sağlamlıq

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib

Oqtay İsmət oğlu Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru təyin edilib. Əks-səda xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd edək ki, O.Gözəlov fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib. Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində, həmçinin KfW İnkişaf Bankının maliyyələşdirdiyi layihələrdə ekspert […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. Əks-səda xəbər verir ki, mətndə deyilir: “Zati-aliləri, Xanımlar və cənablar, Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unikal Pre-COP Liderlər Tədbirini təşkil etdiklərinə görə Fici, Tuvalu və Avstraliya hökumətlərinə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. COP29-a uğurla ev sahibliyi etmiş ölkə olaraq, […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinci yarısından yağış tədricən kəsiləcək. Cənub-şərq küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17° isti, gündüz 18-22° […]

Hadisə
Dünya Gündəm Hadisə

Bolqarıstan sahillərində 2 gəmi hücuma məruz qalıb

Qara dənizdə, Bolqarıstanın müstəsna iqtisadi zonasında dronlar iki ticarət gəmisinə hücum edib. İnsidentlə əlaqədar ölkənin Baş naziri Rumen Radev təcili iclas çağırır. Əks-səda xəbər verir ki, bu barədə Bolqarıstan mediası məlumat yayıb. İclasda müdafiə, daxili işlər, nəqliyyat, ətraf mühit və su ehtiyatları nazirliklərinin, prezident administrasiyasının və təhlükəsizlik xidmətlərinin nümayəndələri iştirak edəcəklər. Bildirilib ki, hücumların hədəfi Toqo […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

“Azərişıq”: Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq

Abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC regionlarla yanaşı paytaxt və ətraf ərazilərdə bir sıra yaşayış məntəqələrinin elektrik təsərrüfatını yeniləyir. Əks-səda xəbər verir ki, həyata keçirilən yenidənqurma işləri Zirə Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində yerləşən qəsəbələri də əhatə edir. Bildirilib ki, 2026-cı ilin Tədbirlər Planına […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.