• Home  
  • AFFA “Neftçi”ni 5000 manat cərimələyib
- Gündəm - Idman - Ölkə

AFFA “Neftçi”ni 5000 manat cərimələyib

Misli Premyer Liqasının VII turunun “Neftçi” – “Sabah” oyununda azarkeşlərin rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə “Neftçi” komandası 5000 manat cərimə edilib. Əks-səda xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Həmçinin sözügedən görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cəriməyə məruz qalıb. Oktyabrın 9-da […]

Misli Premyer Liqasının VII turunun “Neftçi” – “Sabah” oyununda azarkeşlərin rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə “Neftçi” komandası 5000 manat cərimə edilib.

Əks-səda xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Həmçinin sözügedən görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cəriməyə məruz qalıb.

Oktyabrın 9-da keçirilən “Araz-Naxçıvan” – “Kəpəz” matçında hesab tablosu işləmədiyinə görə “Araz-Naxçıvan” komandası 2000 manat cərimələnib.

Oktyabrın 11-də gerçəkləşən “İmişli” – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə isə “İmişli” klubu 2500 manat cərimə edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.