• Home  
  • ABŞ-də xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib
- Dünya - Gündəm - Hadisə - Texnologiya

ABŞ-də xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib

ABŞ-nin Kaliforniya ştatında xaker milyonlarla şagirdin fərdi məlumatlarına çıxış əldə edib. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” Kaliforniyanın Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Qurumun məlumatına görə, sızma son üç tədris ilindəki bütün şagirdlər barədə məlumatları əhatə edib. Təkcə 2025-2026-cı tədris ilində ştatda 5,7 milyondan çox məktəbli olub. Müəyyən edilib ki, cinayətkar təhsil testlərinin keçirilməsi ilə […]

ABŞ-nin Kaliforniya ştatında xaker milyonlarla şagirdin fərdi məlumatlarına çıxış əldə edib.

Əks-səda xəbər verir ki, bu barədə “Reuters” Kaliforniyanın Təhsil Nazirliyinə istinadən məlumat yayıb.

Qurumun məlumatına görə, sızma son üç tədris ilindəki bütün şagirdlər barədə məlumatları əhatə edib. Təkcə 2025-2026-cı tədris ilində ştatda 5,7 milyondan çox məktəbli olub.

Müəyyən edilib ki, cinayətkar təhsil testlərinin keçirilməsi ilə məşğul olan “Educational Testing Service” (ETS) qeyri-kommersiya təşkilatının sisteminə çıxış əldə edib və 2026-cı il mayın 22-dən sentyabrın 18-dək olan məlumatları kopyalayıb.

Təhlükəsizlik pozuntusu sentyabrın 25-də aşkar edilib. Hazırda təşkilat zərərçəkmiş şagirdləri və onların ailələrini məlumatlandırır.

Nazirlikdən vurğulayıblar ki, oğurlanmış məlumatların yayımlanmasına dair hələ ki heç bir sübut aşkar edilməyib.

ETS-dən informasiya təhlükəsizliyi tədbirlərinin gücləndirildiyi bildirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.