• Home  
  • Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
- Dünya - Gündəm - Siyasət

Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib

ABŞ Prezidenti Donald Tramp İranla müharibə başa çatdıqdan sonra ölkədə benzinin qiymətinin münaqişə başlamazdan əvvəlki göstəricidən də aşağı düşəcəyini bildirib. Əks-səda xəbər verir ki, Amerika lideri bu barədə ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində Kentukki ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb. “Bu müharibə çox tezliklə başa çatacaq. Müharibə bitdikdən sonra benzinin qiyməti aşağı […]

ABŞ Prezidenti Donald Tramp İranla müharibə başa çatdıqdan sonra ölkədə benzinin qiymətinin münaqişə başlamazdan əvvəlki göstəricidən də aşağı düşəcəyini bildirib.

Əks-səda xəbər verir ki, Amerika lideri bu barədə ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində Kentukki ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Bu müharibə çox tezliklə başa çatacaq. Müharibə bitdikdən sonra benzinin qiyməti aşağı düşəcək və münaqişə başlamazdan əvvəlki səviyyədən də ucuz olacaq”, – Tramp deyib.

Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, oktyabrın 17-nə ABŞ-da bir qallon benzinin (3,78 litr) orta qiyməti 4,3 dollar təşkil edib. İranla münaqişənin başlamasına iki gün qalmış isə bu göstərici 2,98 dollar olub.

ABŞ-da dizel yanacağının bir qallonunun qiyməti təxminən 6,52 dollara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,41 dollar çoxdur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.