Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən naməlum şəxs müəyyən olunub.
Əks-səda xəbər verir ki, polis tərəfindən keçirilən tədbirlərlə S.Dadaşzadə saxlanılıb.
Araşdırmalarla onun üzərində gəzdirdiyi silaha bənzər əşyanın oyuncaq olması, özünün isə hər hansı hüquq-mühafizə orqanlarıda heç vaxt işləmədiyi müəyyən edilib. Onunla bağlı məsuliyyət tədbirləri görülür.


