Year: 2026

Hadisə
Gündəm Hadisə Ölkə

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

Gəncədə yol qəzası baş verib. Əks-səda xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. ​ Sürücü Pərviz Hüseynovun idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil ötmə əməliyyatı zamanı “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Mercedes” idarəetmədən çıxaraq aşıb. ​Hadisə zamanı “Mercedes”in sürücüsü İsmayıl Bayramov və avtomaşında olan sərnişinlər müxtəlif xəsarətləri alıblar. Faktla bağlı araşdırma başlanılıb.

İdman
Cəmiyyət Gündəm Idman Ölkə

“Formula 1” yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub. Əks-səda xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb. Əsas yarış başa çatdıqdan dərhal sonra şəhərdə halqa infrastrukturu və Azneft dairəsindəki tribunalarda söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb. Yarışın keçdiyi bəzi küçələrdə nəqliyyatın hərəkətinə […]

Hadisə
Dünya Gündəm Hadisə

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Böyük Britaniyada ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə edilən Ferford aviabazası yaxınlığında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər həbs olunub. Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb. Məlumata görə, Britaniya polisi bazar günü partlayıcı maddə saxlamaqda şübhəli bilinən bir neçə kişini saxlayıb və hava bazasının yaxınlığında yerləşən evlərin sakinlərini […]

Hadisə
Dünya Gündəm Hadisə

Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub

Ukrayna paytaxtı Kiyevdə dron hücumları zamanı azərbaycanlı həlak olub. Əks-səda xəbər verir ki, ölən şəxs 71 yaşlı Ukrayna vətəndaşı Əkbərov Aşur Bəhlul oğludur. Əslən Azərbaycanın Lənkəran rayonundan olan A. Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb. Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib, yerindəcə keçinib.

Hadisə
Dünya Gündəm Hadisə

Nepalda qar uçqunu olub, 14 nəfər itkin düşüb

Himalayın Nepaldakı hissəsində – Ximlunq dağında qar uçqunu altında qalan düşərgədə Nepalın 14 vətəndaşı itkin düşüb. Əks-səda xəbər verir ki, bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb. Yürüş təşkilatçılarının sözlərinə görə, pis hava şəraiti helikopterlərə axtarış-xilasetmə əməliyyatı aparmaq üçün 7126 metr hündürlükdəki dağın zirvəsinə çatmağa imkan verməyib. Dəqiqləşdirilib ki, itkin düşənlər bələdçilər və xidmətçi heyətin daxil […]

Hadisə
Dünya Gündəm Hadisə

Bavariyada avtobusun aşması nəticəsində iki nəfər ölüb, 25 nəfər yaralanıb

Yuxarı Bavariyada (Almaniya) turistləri daşıyan avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, 25 nəfər isə xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə “T-online” xəbər portalı yerli polisə istinadən məlumat yayıb. Məlumata görə, hadisə bazar günü səhər tezdən Ostallqau regionunun Buxloe şəhəri ərazisindəki “A96” federal magistralında baş verib. İlkin məlumatlara görə, içərisində […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əks-səda xəbər verir ki, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Eyni zamanda, avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit verib. Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir, şimal-şərq küləyi əsəcək. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, havanın temperaturu gecə 18-20° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq. […]

Hadisə
Dünya Gündəm Hadisə

Cənubi Afrikada kütləvi atışma nəticəsində 17 nəfər ölüb

Cənubi Afrika Respublikasının (CAR) şimal-şərqindəki barda baş verən kütləvi atışmada azı 17 nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə “The Independent” milli polisə istinadən məlumat yayıb. Məlumata görə, hadisə Yohannesburqdan 80 km cənub-qərbdə, Qautenq əyalətinin Vedela qəsəbəsində baş verib. “AK-47″ avtomatları və tapançaları olan səkkiz naməlum şəxsdən ibarət qrup məkana soxularaq atəş açıb. Atışma nəticəsində […]

Hadisə
Gündəm Hadisə Ölkə

Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 23 km olub. Zəlzələ hiss olunmayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.