Year: 2026

İdman
Gündəm Idman Ölkə

Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Tacikistan yığması ilə üz-üzə gələcək

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək. Əks-səda xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Tacikistan seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma 8-ci km qəsəbə stadionunda, saat 20:00-da start götürəcək. Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edəcək. Xatırladaq ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də […]

Texnologiya
Dünya Gündəm Texnologiya

Böyük Britaniyada informasiya hücumlarına qarşı mərkəz yaradılacaq

Böyük Britaniya hökuməti kibertəhlükəsizlik üzrə ixtisaslaşmış yeni milli mərkəzin yaradılması üzərində işə başlayır. Əks-səda xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Endi Börnhem BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasət müzakirələri zamanı çıxışında bildirib. “Bu gün Böyük Britaniyanın təhlükəsizlik rəhbərlərinə yeni milli kibertəhlükəsizlik mərkəzi üzərində işə başlamağı tapşırıram”, – o deyib. Börnhem bildirib ki, yeni […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bakıda 49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakının Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məhdudiyyət səbəbindən 49 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Təmir işləri yekunlaşanadək marşrutun son dayanacaq məntəqəsi Asif Əsədullayev küçəsində (Yeni Ramana […]

Hadisə
Gündəm Hadisə Ölkə

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Kəlbəcər yaylağından xırdabuynuzlu heyvanları daşıyan yük maşını Ağdərədə aşıb. Əks-səda xəbər verir ki, hadisə rayonun Çardaqlı kəndində baş verib. Belə ki, 25-BK-698 dövlət qeydiyyat nişanlı, MAN markalı yük avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb, habelə avtomobildə daşınan xeyli sayda qoyun-keçi tələf olub. Faktla bağlı araşdırma aparılır.

Hadisə
Dünya Gündəm Hadisə

Yaponiyada “Duszyuan” tayfunu doqquz nəfərin ölümünə səbəb olub

Sentyabrın 20-də Yaponiyanın Honsü adasının mərkəzi Sakit okean sahili boyunca keçən “Duszyuan” tayfununun nəticəsində 9 nəfər ölüb, daha 4 nəfər itkin düşüb. Əks-səda xəbər verir ki, bu barədə Kanaqava və Çiba prefekturalarının polisi xəbər verib. Ölüm hallarının əksəriyyəti güclü yağışların yaratdığı torpaq sürüşmələri nəticəsində baş verib. Bəziləri su basmış düzənlik ərazilərdə qalmış avtomobillərdə boğulub. Torpaq sürüşmələri […]

Siyasət
Dünya Gündəm Siyasət

Makron Rusiya və Ukraynanı bir sıra hədəflərə hücumları dayandırmağa çağırıb

Fransa Prezidenti Emmanuel Makron Rusiya-Ukrayna münaqişəsi zamanı enerji obyektlərinə və dəniz gəmilərinə hücumlara moratorium qoyulmasına çağırıb. Əks-səda xəbər verir ki, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında bildirib. “Biz ikiqat moratorium tətbiq etmək təşəbbüsünü dəstəkləyirik: hər iki tərəfdə, eləcə də Qara dənizdə enerji fəaliyyətinə moratorium qoyulması, bu da taxıl ixracını təmin edəcək və […]

Siyasət
Dünya Gündəm Siyasət

Tramp: Ərdoğan möhtəşəm insandır

“Ərdoğan möhtəşəm insandır, mənim çox yaxşı dostumdur”. Əks-səda xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında İrana həsr edilmiş toplantıdakı çıxışında deyib. “Bu masada gözəl dostlarım var. Fövqəladə işlər görülüb, hamınıza çox təşəkkür edirəm. Ərdoğan möhtəşəm insandır, mənim çox yaxşı dostumdur. O, möhkəm insandır. Onunla oyun oynamayın”, – Tramp deyib. […]

Texnologiya
Dünya Gündəm Texnologiya

Hakerlər FTB əməkdaşlarının məlumatlarını ələ keçiriblər

“ShinyHunters” haker qrupu ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) bir neçə xidmətinə hücum təşkil etdiyini və büro əməkdaşlarının məlumatlarına giriş əldə etdiyini bildirib. Əks-səda xəbər verir ki, qrup nümayəndəsi “404 Media”ya bildirib ki, hakerlər bütün FTB əməkdaşlarının və işə müraciət edənlərin məlumatlarını əldə ediblər. Qrup təsdiq kimi nəşrə FTB-nin təxminən 5 000 əməkdaşının şəxsi məlumatlarını ehtiva edən […]

Siyasət
Gündəm Ölkə Siyasət

Azərbaycan və Kolumbiya qarşılıqlı şəkildə viza rejimini ləğv ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar ilə görüşüb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi “X”də məlumat yayıb. Nazirlər Azərbaycan və Kolumbiya arasında münasibətlərin mövcud vəziyyətini və perspektivlərini müzakirə edərək, siyasi dialoqun daha da gücləndirilməsinin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bu gün bir sıra rayonlarda işıq olmayacaq

Bu gün bir sıra rayonların elektrik şəbəkələrində təmir işləri aparılacaq. Əks-səda xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Saatlı Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 110 kV-luq “Sarıcalar-1” və “Sarıcalar-2” hava xətlərinin bəzi dayaqları arasında qabaritdə təmir-bərpa işləri icra olunacaq. Bu zaman rayonun bir sıra yaşayış məntəqələrində saat 09:30-dan 14:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.