Salyanda “Muravey” piyadanı vuraraq öldürüb
Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Qalalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Cəngan kənd sakini, 1960-cı il təvəllüdlü Vəliyev Zəfər Mirzağa oğlu yolu keçən zaman “Muravey” markalı motoreller onu vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.











