Türkiyə İranın “Mahan Air” şirkətinin uçuşlarını dayandıracaq
Türkiyə İranın “Mahan Air” aviaşirkətinin iki ölkə arasında həyata keçirdiyi reysləri dayandıracaq. Əks-səda “Middle East Eye”a (MEE) istinadən xəbər verir ki, bu barədə nəşrə Türkiyə rəsmiləri bildiriblər. Qərar “Mahan Air”in Türkiyə və İran arasındakı bütün uçuşlarına şamil ediləcək. Buna səbəb ABŞ-nin İranın “Mahan Air” aviaşirkətinə xidmət göstərən Türkiyə şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsidir. Qərar sentyabrın 21-dən […]











