Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

İndoneziya sahillərində güclü zəlzələ baş verib

İndoneziya sahillərində 6,6 maqnitudalı zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Sakit okeanda, Cakartadan 125 km şimalda, ocaq isə 359 km dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Hadisə
Dünya Gündəm Hadisə

Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb

İraq ərazisindən Səudiyyə Ərəbistanındakı obyektlərə edilən hücumlardan sonra İraqın Meysan əyalətindəki əməliyyatlar komandanı vəzifəsindən kənarlaşdırılıb. Əks-səda xəbər verir ki, bu barədə İraq Baş nazirinin Əli əl-Zaidinin ofisi məlumat yayıb. Qərar yuxarıda qeyd olunan insidentdən sonra yaradılan ixtisaslaşmış komissiyanın apardığı araşdırmanın yekunlarına əsasən qəbul edilib. “Zati-aliləri (baş nazir) Səudiyyə Ərəbistanı Krallığındakı qardaşlarımıza hücumların bu vilayətin hüdudları daxilində […]

Hadisə
Dünya Gündəm Hadisə

“Yonhap”: Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) şənbə günü Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb. Əks-səda xəbər verir ki, bu barədə “Yonhap” informasiya agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb. Mərminin növü hələlik müəyyən edilməyib. Daha sonra ABŞ Silahlı Qüvvələrinin Sakit Okean Komandanlığı Şimali Koreyanın son raket buraxılışı barədə məlumat verib. Bildirilib ki, buraxılış Birləşmiş […]

Hadisə
Dünya Gündəm Hadisə

Giresunda mikroavtobusla yük maşını toqquşub, 23 nəfər xəsarət alıb

Türkiyənin Giresun şəhərinin Şebinkarahisar rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla kiçik yük maşını toqquşub, 23 nəfər xəsarət alıb. Əks-səda “Anadolu Ajansı”na istinadən xəbər verir ki, Şebinkarahisar-Dereli avtomobil yolunun Şaplıca kəndi Deliklitaş ərazisində 44 PV 793 dövlət nömrə nişanlı mikroavtobusla 58 AGY 870 dövlət nömrə nişanlı kiçik yük maşını toqquşub. “Kiçik yük maşını zərbənin təsirindən yol […]

Hadisə
Dünya Gündəm Hadisə

Fransanın şimalında qatar relsdən çıxıb, 40-dan çox insan xəsarət alıb

Fransanın şimalında şəhərlərarası qatarın relsdən çıxması nəticəsində 44 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. “Ruan və Kan şəhərləri arasındakı marşrutla hərəkət edən sərnişin qatarı 11 sentyabr, cümə günü saat 19:30 radələrində (Bakı vaxtı ilə 21:30 – red.) Kleon və Turvil-La-Rivyer kommunalarının yaxınlığında qismən relsdən çıxıb. Qatarda 200-ə yaxın sərnişin […]

Texnologiya
Dünya Gündəm Maraqlı Texnologiya

NYT: Alimlər süni intellektlə bağlı narahatlıqları “həddindən artıq şişirdilmiş” hesab edirlər

Dünyanın bir sıra alimləri hesab edirlər ki, süni intellekt texnologiyasının gələcəkdə bəşəriyyəti məhv edəcəyi ilə bağlı narahatlıqlar “həddindən artıq şişirdilib”. Əks-səda xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti yazıb. Nəşr qeyd edib ki, texnologiya şirkətlərinin rəhbərləri və süni intellekt sistemlərini hazırlayan tədqiqatçılar arasında həmişə bu texnologiyanın bəşəriyyəti məhv etmək potensialı barədə xəbərdarlıq […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Xətai rayonunda aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 12-də saat 07:00-dan etibarən üç ünvanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, məhdudiyyət rayonun Abdulla Rəhimov, İlqar Abbasov, Həzi Aslanov küçələrində tətbiq olunacaq. Qeyd olunub ki, təmir işləri ilə əlaqədar sözügedən ərazilərdə nəqliyyatın […]

Hadisə
Dünya Gündəm Hadisə

Husilər Bab əl-Məndəbdəki son iki adanı da ələ keçiriblər

Husilər Bab əl-Məndəb boğazında onların nəzarətində olmayan son iki adanı – Böyük və Kiçik Haniş adalarını da ələ keçiriblər. Əks-səda xəbər verir ki, bu barədə “The Times of Israel” AFP-yə istinadən məlumat yayıb. “Qərb sahilində nəzarətimiz altında olan hər şeyi itirdik”, – Yəmən hökumətinin adının açıqlanmasını istəməyən hərbi rəsmisi agentliyə bildirib. Daha əvvəl husilər Qırmızı dəniz […]

Hadisə
Dünya Gündəm Hadisə

Türkiyədə hərbi maşın aşıb, ölən və yaralananlar var

Türkiyənin İğdır vilayətində hərbi maşının aşması nəticəsində bir hərbçi ölüb, iki nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadası və jandarm qrupu cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Cəmiyyət
Cəmiyyət Manşet Ölkə

Diplomatik korpusun nümayəndələri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisini ziyarət ediblər

Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan diplomatik korpusun nümayəndələri Şuşada Yaradıcılıq Mərkəzini ziyarət ediblər, “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar. Əks-səda xəbər verir ki, diplomatlar Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə və onun Qarabağın inkişafındakı roluna həsr olunmuş ekspozisiyaya baxıblar. Sərgidə Heydər Əliyevin siyasi, iqtisadi, sosial və mədəni fəaliyyətini, eləcə də onun Qarabağa səfərlərini, görüşlərini […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.