Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində baş verib. Belə ki, Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal Nuriyev idarəetməni itirib, nəticədə “KİA” markalı avtomobil yoldan çıxaraq divara çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun həyat yoldaşı, Kəlbəcər şəhər sakini 1975-ci il […]











