Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb
Ermənistanın Baş naziri Nikol Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması və İran tərəfi ilə danışıqların aparılması məsələləri üzrə danışıqlar komissiyası təyin edib. Əks-səda yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi portalında bildirilib. Komissiyaya Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin həmsərhəd ölkələr idarəsinin rəisi (hazırda sədr vəzifəsini icra edən Avetik Arutyunyan) rəhbərlik edəcək. […]











