Year: 2026

Gündəm Idman Ölkə

“Qarabağ” klubu 6 000 manat cərimələnib

Misli Premyer Liqasının IX turunun “Sabah” – “Qarabağ” matçında baş verən qayda pozuntularına görə Ağdam klubu cəzalandırılıb. Əks-səda xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Oyun zamanı “Qarabağ” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığı üçün “Qarabağ” klubu 6 000 manat […]

Gündəm KriminaI Ölkə

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakının Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən 40 yaşlı Ə.Məmmədova müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Araşdırma davam etdirilir.

Dünya Gündəm Idman

“Çelsi” Mateo Kovaçiçi “Mançester Siti”dən geri qaytarmağı planlaşdırır

İngiltərənin “Çelsi” klubu “Mançester Siti”nin futbolçusu Mateo Kovaçiçi yenidən öz sıralarına cəlb etmək variantını araşdırır. Əks-səda xarici media mənbələrinə əsasən məlumat verir ki, London klubunun rəhbərliyi komandanın yarımmüdafiə xəttindəki mövcud durumdan ciddi narahatlıq keçirir. Bir sıra futbolçunun “zadəganlar”ın sıralarını tərk etməsi, başqalarının isə zədə ilə üzləşməsi bu mövqedə çatışmazlığa səbəb olub. Nəzərdə tutulan namizədlər arasında Mateo […]

Dünya Gündəm Siyasət

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Ankarada oktyabrın 29-da Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Əks-səda Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat Xidmətinə istinadən xəbər verir ki, XIII TDT Zirvə görüşü çərçivəsində təşkil olunacaq bu iclasla təşkilata üzv ölkələrin xarici işlər nazirləri cari ildə Şuranın iclasında beşinci dəfə bir araya gələcəklər. TDT Xarici İşlər Nazirləri Şurasının iclasında təşkilat daxilində […]

Gündəm Idman Ölkə

Azərbaycan boksçularının 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb

Azərbaycan boksçularının 2026-cı ildə Avropa çempionatlarında qazandıqları medalların sayı 25-ə çatıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Milli komandalar qatıldıqları 4 qitə birinciliyində ümumilikdə 25 medala sahib çıxıblar. Mükafatların 5-i qızıl, 8-i gümüş, 12-si bürünc əyarlıdır. Komandalar arasında ən çox medalı U-15 millisi qazanıb. Boksçular Trabzonda yeni başa çatan Avropa çempionatında […]

Cəmiyyət Gündəm Ölkə

Hökməli–Qobu–Güzdək avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb

Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 2-ci kilometrliyində yolun hərəkət hissəsinin bərpası və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təmir-bərpa işlərinə başlanılır. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təxminən 100 metr uzunluğa malik ərazini əhatə edən təmir-bərpa işləri ilə əlaqədar yolun qeyd olunan hissəsində […]

Dünya Gündəm Hadisə

Madriddə etiraz aksiyası keçirilir

Madriddə etiraz aksiyası keçirən fermerlər hökumətdən qiymət artımı ilə əlaqədar təcili tədbirlərin görülməsini tələb edirlər. Əks-səda xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Aksiya iştirakçıları traktorlarla Madridə daxil olub və İspaniya paytaxtının mərkəzindəki Kolumb meydanına doğru hərəkət edirlər. Onlar oradan Kənd Təsərrüfatı, Balıqçılıq və Ərzaq Nazirliyinin binasına yollanacaqlar. Etirazçılar ilk növbədə, hökumətdən istehsal xərcləri […]

Gündəm KriminaI Ölkə

İrandan Rusiyaya 98 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinə cəhdin qarşısı alınıb. Əks-səda komitəyə istinadən xəbər verir ki, “Cənub-Astara” gömrük postunda İrandan Rusiyaya “təzə kahı” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət iti vasitəsilə yoxlanılıb. […]

Cəmiyyət Gündəm Hadisə Ölkə

Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır

Bakıda məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır. Əks-səda xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktl ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.