Year: 2026

Siyasət
Dünya Gündəm Siyasət

ABŞ sentyabrda Venesuela ilə enerji sazişi bağlamağı planlaşdırır

ABŞ artıq sentyabrda Venesuela ilə uzunmüddətli enerji sazişi bağlamağı planlaşdırır. Əks-səda xəbər verir ki, bu barədə “The Washington Post” Vaşinqton və Karakas arasındakı danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ-nin dövlət katibi Marko Rubio və energetika naziri Kris Rayt sazişin bağlanmasını elan etmək üçün sentyabrın əvvəlində Venesuelaya səfər etməyi planlaşdırırlar. […]

Hadisə
Dünya Gündəm Hadisə

Nepalda daşqından sonra itkin düşənlərin sayı iki minə yaxınlaşır

Nepalda genişmiqyaslı daşqından sonra itkin düşənlərin sayı 1 924 nəfərə çatıb, 579 nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” agentliyi Nepalın Təbii Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi üzrə Milli İdarəsinə istinadən məlumat yayıb. Hakimiyyət orqanlarının məlumatına görə, itkin düşənlər arasında 517 əcnəbi var. Daşqından zərər çəkmiş çaylar boyunca hidroenergetika obyektlərində çalışan daha […]

Hadisə
Dünya Gündəm Hadisə

Rusiya Ukraynanın Nikolayev və İzmayıl limanlarına zərbələr endirib

Rusiya Ukraynanın Nikolayev və İzmayıl şəhərlərindəki liman infrastrukturuna zərbələr endirib. Əks-səda xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub. Nazirlik iddia edir ki, Nikolayev limanında dəniz yükaşırma terminalı, logistika mərkəzləri, hərbi təyinatlı əmlakı olan 18 anbar və yanacaq-sürtkü materialları olan üç anbar vurulub. Rusiya tərəfinin məlumatına görə, İzmayıl limanında yanacaqdaşıyan maşınların dayanacağına və […]

Hadisə
Dünya Gündəm Hadisə

ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib

“Pabst Blue Ribbon” pivə istehsalçısı ümumi çəkisi təxminən 18 ton olan 50 minə yaxın banka pivə daşıyan yük maşınının yoxa çıxdığı barədə məlumat yayıb. Əks-səda xəbər verir ki, bu barədə şirkət nümayəndələri “Instagram” sosial şəbəkəsində bildiriblər. Amerika mediası baş verənləri ABŞ tarixində ən böyük pivə oğurluğu adlandırıb. Brend nümayəndələri ironik şəkildə cinayətkarlara yükü heç bir iddia […]

Kriminal, Türkiyə
Dünya Gündəm KriminaI

Adana vilayətində axtarışda olan 35 şübhəli saxlanılıb

Adanada polis qrupları tərəfindən helikopter və dron dəstəyi ilə şəhərin müxtəlif nöqtələrində keçirilən yoxlamalar zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 35 şübhəli saxlanılıb. Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, 297 qrup, 1615 əməkdaş, 4 dron, axtarış itləri və helikopterin iştirakı ilə vilayət miqyasında yoxlama keçirilib. Ümumi Məlumat Toplama üsulu ilə 29 min 762 nəfərin yoxlanıldığı […]

Dünya
Dünya Gündəm Hadisə

Berlində qaçqınlar mərkəzində yanğın: yüzlərlə insan təxliyə edilib

Berlinin Şpandau rayonunda (Almaniya) qaçqınların yaşadığı binada baş verən yanğın nəticəsində yüzlərlə insan təxliyə edilib. Əks-səda “Berliner Zeitung” nəşrinə istinadən xəbər verir ki, bu barədə Berlinin yanğınsöndürmə xidmətindən bildirilib. Yanğın altımərtəbəli binanın dördüncü mərtəbəsində baş verib. Məlum olmayan səbəbdən dəhlizdəki əşyalar alışıb, bundan sonra tüstü beşinci və altıncı mərtəbələrə yayılıb. Hadisə yerinə yanğınsöndürmə xidmətinin 74 əməkdaşı […]

Rusiya - Ukrayna
Dünya Gündəm Hadisə

Rusiyanın Ukraynaya zərbələri nəticəsində 4 nəfər ölüb, 30-dan çox insan yaralanıb

Rusiyanın Ukraynanın Xerson, Xarkov, Dnepropetrovsk, Zaporojye və Odessa vilayətlərinə zərbələri nəticəsində 4 nəfər ölüb, 32 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri bildiriblər. Xersonda səhər saatlarında pilotsuz uçuş aparatı ilə zərbə nəticəsində bir kişi ölüb. Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin məlumatına görə, daha 1 nəfər yaralanıb. Xarkov Administrasiyasının rəhbəri […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

AAYDA vətəndaşlara müraciət edib

Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vətəndaşlara müraciətində bildirilir. “Sürətli magistral və ödənişli avtomobil yollarının kənarlarında quraşdırılan qoruyucu dəmir torlar vəhşi və ev heyvanlarının hərəkət hissəsinə çıxmasının qarşısını almaqla yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bəzi hallarda isə bu torların […]

Hadisə
Gündəm Hadisə Ölkə

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyərək onun 960 manat pulunu, içərisində 250 manat dəyərində mobil telefon və 2 ədəd bank kartı olan çantasını götürüb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini […]

Hadisə
Dünya Gündəm Hadisə

İstanbulda aeroportun xidməti avtobusu aşıb, 18 nəfər yaralanıb

Türkiyədə İstanbul Hava Limanının işçilərini daşıyan xidməti avtobus aşıb. Əks-səda “HaberGlobal”a istinadən xəbər verir ki, Böyükçəkməcə rayonunda baş verən hadisə nəticəsində 18 nəfər yaralanıb. Qeyd olunub ki, aşan avtobusda 30 sərnişin olub. Qəza nəticəsində xəsarət alanlar dövlət xəstəxanalarına yerləşdirilib. Yaralıların ümumi vəziyyətinin yaxşı olduğu, onlardan 2-nin müalicə və müşahidəsinin davam etdiyi bildirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.